Xəstəliklər sizi intihara sövq edir? Səhhətinizlə bağlı
yaranan hər xırda problemdə özünüzü bədbəxt hiss edirsiniz? Elə
isə, uğurlu və məşhur insanlardan nümunə götürün. Hər gün böyük
rəğbətlə mavi ekranlarda izlədiyimiz məşhurlar heç də göründükləri
qədər sağlam və xoşbəxt deyillər.
Axar.az sağalmaz xəstəlikdən əziyyət çəkən məşhurlar haqda
yazını təqdim edir:
Ancelina
Coli – Onkoloji
Bir neçə il öncə aktrisa öyrəndi ki, xərçəngə tutulma ehtimal
var. Bundan sonra mətbuatda yayılan xəbər bütün dünyanı şoka saldı:
"Coli hər iki süd vəzisini əməliyyatla çıxartdırdı". Bunun səbəbi
isə xərçəng riskinin məhz bu orqanlarda daha yüksək olması idi.
Sonradan aktrisa anasının, xalasının və nənəsinin xərçəng
xəstəliyindən dünyasını dəyişdiyini bildirəndə pərəstişkarları onun
bu qorxusunu başa düşdülər.
Tom
Kruz – Disleksiya
Tom Kruz üçün imzaladığı müqavilələri oxumaq qeyri-mümkün bir
şeydir. Bunun səbəbi isə yaraşıqlı aktyorun disleksiya
xəstəliyindən əziyyət çəkməsidir – o, yazmaq və oxumaqdan
məhrumdur. Bu xəstəlik qətiyyən zəif əqli zəka və ya
istedadsızlıqla bağlı bir şey deyil. Əksinə, statistikaya görə bu
xəstəliyə, adətən, yüksək intellektli adamlar tutulur. Tom hərfləri
bir-birindən ayıra, onların birgə hansı mənanı ifadə etdiyini
müəyyənləşdirə və yazı yaza bilmir.
Yeri gəlmişkən, xatırladaq ki, bu xəstəlikdən Uinston Çörçill,
Leonardo da Vinçi, Vladimir Mayakovski, şahzadə Viktoriya kimi
məşhurlar da əziyyət çəkib.
Kim
Kardaşyan – Sədəf xəstəliyi
Bütün dünyada öz çılpaq fotoları ilə məşhurluq qazanan Kim
Kardaşyan uzun müddət dəri xəstəliyini ictimaiyyətdən gizləməyə
müvəffəq olmuşdu.
Amma son zamanlar xanım Kim fəxr etdiyi bədəni ilə problemlər
yaşayır. O, sədəf xəstəliyindən əziyyət çəkir. Bunu ilk olaraq özü
etiraf edib: "Mən bilmirəm ki, bu xəstəliklə necə mübarizə aparım.
Əlimdən gələn hər şeyi etdim".
Tom
Henks – Diabet
Həkimlər əfsanəvi aktyor Tom Henksə şəkərli diabet diaqnozu
qoyublar. Devid Lettermanın verilişində qonaq olan Henks ilk dəfə
bunu canlı yayımda etiraf edib. Onun sözlərinə görə, o, 36 yaşından
şəkərli diabetdən əziyyət çəkir.
Aktyor müəyyən pəhrizlər saxladığını, xəstəliyə qarşı mübarizə
apardığını qeyd etsə də, bununla yanaşı, heç vaxt bu xəstəlikdən
canını qurtara bilməyəcəyini dərk etdiyini də dilə gətirib.
Maykl
Cey Foks - Parkinson
"Keçmişə dönüş" filmi ilə böyük şöhrətə qovuşan yaraşıqlı aktyor
Cey Foks parkinson xəstəliyindən əziyyət çəkir. Maykl ayaqlarının
onun sözünə qulaq asmadığını hiss edəndə dərhal həkimə müraciət
etdiyini və həkimlərin qoyduğu diaqnozdan şoka düşdüyünü deyir.
Xəstəliyindən xəbər tutandan sonra aktyor uzun müddət
kinematoqrafiyadan uzaqlaşır. Aldığı müalicədən sonra vəziyyətinin
yaxşılaşması onu yenidən kinoya qaytarır.