Yuxarı

Bu halda koronadan can qurtara biləcəyik - Ekspert

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu halda koronadan can qurtara biləcəyik - Ekspert

Dünyanın bir çox ölkəsində COVID -19 virusuna yoluxma dinamikası yenidən artmaqdadır. Əfsuslar olsun ki, bu tendensiya Azərbaycandan da yan keçmir. Dünya alimlərinin və səhiyyə qurumlarının müşahidəsi bunu göstərir ki, pandemiyadan qurtulma yolu yalnız vaksinasiyadadır. Yəni əhalinin kütləvi şəkildə immunitetinin yaradılması ilə biz COVID-19 virusundan can qurtara biləcəyik. Azərbaycanda əhalinin vaksinasiyası sahəsində böyük işlər görülür. Belə ki, Azərbaycan regionda həm əhalinin vaksinasiyasında, həmdə pandemiya dövründə virusa yoluxanların tibbi yardımının əl çatanlığında öndə gedən ölkələrdən hesab edilir.

Axar.az xəbər verir ki, bunu Azərtac-a Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib.

Ekspert bildirib ki, COVID-19 virusuna qarşı vaksinlərin dünyada defisiti yaşandığı dövrdə Azərbaycan müxtəlif çətinliklərə və vaksinlərin paylaşdırılmasında haqsızlıqlara baxmayaraq vətəndaşının sağlamlığını əsas amil tutaraq vaksinlərin ölkəyə planlı şəkildə gətirilməsinə nail olur.

Əlbəttə ki, bu işlərin gedişatı Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir və bu sahədə işlərin icrası ölkənin səhiyyə qurumları tərəfindən yüksək səviyyədə həyata keçirilir. Belə ki, Azərbaycana yenicə 432 000 doza “AstraZeneca” vaksini gətirilib və yaxın zamanda mərhələli şəkildə digər vaksinlərin gətirilməsi də gözlənilir.

“Xüsusən tibb müəssisələrində əhalinin vaksinasiya prosesinin həyata keçməsi üçün görülən tədbirlərin yüksək səviyyədə olmasını qeyd etmək istəyirəm. Səhiyyə qurumlarının məqsədi, yaxın aylar ərzində əhalinin böyük bir hissəsini vaksinasiya etmək və gələcəkdə sərt karantinin rejiminin – məhdudiyyətlərin qarşısını almaqdır. Onu deyə bilərəm ki, sərt karantin vətəndaşlarımızın sosial və psixoloji durumuna ciddi mənfi təsir göstərir. Bundan başqa sərt karantin zamanı olan məhdudiyyətlər dövlətin sosial, iqtisadi durumuna da ciddi mənfi təsir edir. Məcburi addımların atılmaması üçün virusu passiv hala gətirməliyik. Buna görə birliyimizi nümayiş etdirməliyik”, - deyə ekspert Ayaz Hüseynov deyib.

Ekspert bildirib ki, vaksinasiya ilə paralel vətəndaşlar maskanın düzgün taxılmasına, sosial məsafəyə və şəxsi gigiyenaya çox diqqət etməlidirlər: “Dünya yeni dövrə qədəm qoyub. Bu dönəmdə yeganə məsələ məsuliyyətdir. İnsanlar qəbul edilmiş qaydaları pozmasınlar və beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoymasınlar. Şüurlu şəkildə bu məsələyə yanaşsaq, karantin şərtlərinə və qadağalara riayət olunsa, yoluxma halları azalar”.

Tarix
2021.04.06 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla