Yuxarı

İspanaq orqanizmi cavanlaşdırır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspanaq orqanizmi cavanlaşdırır

İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Amerikada çox populyardır.

Axar.az Axşam.az-a istinadən xəbər verir ki, onun tərkibində A, E, C, K, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, fosfor, sink, marqans, mis, selen kimi minerallar var. Həmçinin ispanaq qidalı liflər və zülalla da zəngindir. Kimyəvi tərkibə görə ispanağı ən faydalı göyərti kimi hesab etmək olar.

İspanağın insan sağlamlığı üçün faydaları saymaqla bitməz:

- orqanizmi vitamin və minerallarla təmin edir, hipovitaminozlar zamanı olduqca faydalıdır

- orqanizmdən ziyanlı maddələri xaric edir

- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir

- qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır

- bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyi aradan qaldırır

- mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir

- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır

- sinir sistemi üçün faydalıdır

- damarları genişləndirir, arterial təzyiqi tənzimləməyə yardım edir

- göz sağlamlığını qoruyur.

Gözəlliyi ilə bütün dünyada məşhur olan fransız qadınları ispanağı formada qalmaq və dərini daha gözəl etmək üçün daim istifadə edir. Sizə ispanaq maskasının reseptini təqdim edirik: ispanaq yarpaqları yaxşı yuyulur, blenderdə əzilir, üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və nəmləndirici krem çəkin.

İspanağın əsas mənfi cəhəti tərkibində çoxlu turşəng turşusunun olmasıdır. Bu səbəbdən ispanağı podaqra və böyrək xəstəlikləri zamanı istehlak etmək olmaz.

Tarix
2021.06.14 / 01:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla