Yuxarı

Əhalinin 12 faizi Hepatit C virusuna yoluxub

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhalinin 12 faizi Hepatit C virusuna yoluxub

Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakıda 12-15 sentyabr tarixlərində XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi keçirilib.

Konqresdə Səhiyyə Nazirliyinin və ATU-nun səlahiyyətli şəxsləri, habelə 22 ölkədən dəvət olunmuş cərrahiyə və qastroenterologiya üzrə mütəxəssislər iştirak ediblər.

"Axar.az"ın əldə etdiyi məlumata görə, konfransda iştirak edən Azərbaycan nümayəndə heyəti ölkə əhalisinin 12 faizinin Hepatit C virusuna yoluxduğu haqda hesabat verib. Bu rəqəm isə nəinki Avropada, hətta MDB ölkələrindən belə dəfələrlə çoxdur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi mətbuat xidməti ilə əlaqə yaratdıq. Nazirliyin sözcüsü Anar Qədirli saytımıza verdiyi açıqlamada Konqresdə Azərbaycan tərəfinin verdiyi hesabatdan xəbərsiz olduğunu bildirərək, konqresin əsas təşkilatçlarından olan M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutu ilə əlaqə yaratmağımızı məsləhət bildi.

Elmi-Tədqiqat İnstitutunun Esmira adlı əmkdaşı institutun səlahiyyətli şəxsi ilə danışmaq istəyimizi cavabsız qoydu. Amma sualımızı müdiriyyətə çatdıracağına söz Verdi, cavabsa ala bilmədik.

Bu sahədə mexanizm yoxdur

Tibb üzrə ekspert Aqil Qeybullanın fikrincə, ölkədə Hepatit C virusunun kütləvi yayılmasına səbəb bu sahədə nəzarət mexanizminin olmamasıdır:

"Bizdə Hepatit C, B kimi viruslar geniş yayılıb. Çünki pərakəndəlik hökm sürür, nəzarət mexanizmi yoxdur. Stomotoloqlar, bərbərxanalar istədikləri kimi nəzarətsiz şəkildə fəaliyyət göstərirlər. İndi də şəhərdə gözəllik salonları geniş yayılıb və bunların sayəsində kosmetolqlar, tatuaj ustaları virusların daha geniş yayılmasına rəvac verir. Bunun da səbəbi onların peşəkar olmamalarıdır. Əllərində sertifikat yoxdur, hamısı da özünü həkim adlandırr. Əlbəttə ki, bu cür məsuliyyətsiz yanaşmanın da sonu kütləvi yoluxmaya gətirib çıxardır".

Tarix
2013.09.17 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla