Yuxarı

Delta ştammı ən çox bu şəxslərə təsir edəcək

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Delta ştammı ən çox bu şəxslərə təsir edəcək

Delta ştammı peyvənd olunmayanlara daha çox təsir edəcək. Bu səbəbdən də delta vaksin olunmayanların pandemiyasıdır.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bunu Türk Tibb Dərnəyinin Xalq Sağlamlığı şöbəsinin rəhbəri, Pandemiya üzrə İşçi Qrupunun üzvü Nəsir Nesanır deyib.

Peyvənd olunmayanların daha çox ölümlə üz-üzə qalacaqlarını bildirən Nesanır ABŞ-da və digər ölkələrdə ölümlərin 98 faizinin vaksin vurdurmayan insanlarda görüldüyünü qeyd edib.

Onun sözlərinə görə, ştam səhiyyə sistemini çökdürəcək və daha çox insan öləcək. Eyni zamanda daha az insanın peyvəndi olan bir ərazidə virus eyni anda çox insana yoluxarsa, vaksinasiyası sürətlə aparılan bölgələrə də yayılacaq və pandemiyanın şiddətini artıracaq.

N.Nesanır əlavə edib ki, 22 Afrika ölkəsində təsdiqlənmiş delta variantının orijinal virusdan 225% daha sürətli yayıldığı təsbit edilib.

Delta ştammına 50 yaşadək şəxslərdə və uşaqlarda 2,5 dəfə daha çox rast gəlindiyinə diqqət çəkən ekspert 5-12 yaş arası uşaqlar üçün peyvəndin təsdiqlənmədiyini və 12-18 yaş arası yeniyetmələrin isə hələ ki, Türkiyədə vaksinasiyasına başlanmadığını bildirib. Mütəxəssisin sözlərinə görə, yaşlı qrup peyvənd olunduğu üçün gənc və peyvənd olunmayanların COVID-19-un hər hansı bir variantına yoluxma riski daha yüksək olacaq.

Tarix
2021.07.25 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla