Yuxarı

Kişi beyni qadın beynindən nə ilə fərqlənir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kişi beyni qadın beynindən nə ilə fərqlənir

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri müəyyən ediblər ki, qadın və kişi beyinləri arasında molekulyar quruluşun müxtəlif olmasından irəli gələn obyektiv biolojı fərq mövcuddur.

AzərTac xəbər verir ki, tədqiqat barədə məlumat "Neyronauka" jurnalinda dərc olunub. Məlumatda deyilir ki, URB597 dərman vasitəsi qadın beyninə düşərək neyromediatorların (elektrik impulslarının neyronlardan əzələ toxumasına ötürülməsinə kömək edən biolojı aktiv kimyəvi maddələr) əmələ gəlməsi səviyyəsini azaldır, halbuki kişilərin beyni bu dərmana heç bir reaksiya vermir. Dərman qadında ilk növbədə yaddaş, motivasiya, iştah və ağrı kimi beyin proseslərində iştirak edən anandamidin, neyromediatorun funksionallığını artırır. Bunlar, həmçinin epilepsiya xəstəliyində və müxtəlif nevrolojı pozuntu hallarında böyük rol oynayır.

Beləliklə, bu cür molekulyar gender müxtəlifliyinin kəşfi yeni faktları nəzərə almaqla, kişi və qadın pasiyentlərə terapevtik təsir tədbirlərini yaxşılaşdırmağa kömək edir.

Tədqiqat qrupunun başçısı doktor Ketrin Vulli qeyd edib ki, beyində cinsiyyət müxtəlifliyinin öyrənilməsi, məsələn, xəritəni kimin daha yaxşı oxumasını, yaxud nə üçün müəyyən peşələri qadınların deyil, məhz kişilərin seçdiyini müəyyən etmək biologiyanın və təbabətin həm kişilərin, həm də qadınların sağlamlığı naminə səmərəli işləməsinə nail olmaq məqsədi daşıyır.

Tarix
2015.08.15 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə... – Rəsmi Bakı

Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla