Yuxarı

Omikronun bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Omikronun bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir

Gündəlik koronavirusa yoluxma rəqəmlərinin artmasının əsas səbəbi yaxın təmasdır.

Axar.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, Omikron ştammının bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir:

"Yeni ştamm əsasən hava-damcı yolu ilə yayılır. Əvvəllər bildirirdik ki, virus əldən və s. keçə bilər. Düzdür, indi də bu öz aktuallığını qoruyur, amma adıçəkilən ştam əsasən üst-tənəffüs yollarında olur. Omikrondan qorunmaq üçün yaxın təmasdan qaçmaq lazımdır”.

F.Sədirov virusa yoluxmuş şəxsin 7 günlük təcriddən sonra ətrafındakıları hansı hallarda yoluxdura bilməsi məsələsinə də aydınlıq gətirib:

“Əgər hazırda 10 nəfərdən 9-u 7 gündən sonra ətrafı yoluxdurmursa, biz 7 günü qəbul etməyə məcburuq. Onların arasında bir nəfər ola bilsin ki, 10 və ya 15-ci gününə qədər ətrafı yoluxdura bilər. Bununla bağlı əsas tövsiyələr bundan ibarətdir ki, heç bir şikayət olmadığı təqdirdə virus yükü 5 gündən sonra yoluxduruculuq qabiliyyətini itirir və 7 günə qədər qorunmaq lazımdır. Əgər şikayətlər davam edərsə belə 7 gündən sonra yoluxduruculuq qabiliyyəti çox aşağıdır. Belə olduqda çölə çıxa bilərsiniz, ancaq insanlarla məsafəni saxlamalı, maska taxmalısınız. Sizə sadəcə 7 gün qapanma məsləhət görülür. Çünki bundan sonra demək olar ki, yoluxdurmaq şansınız 0-a yaxınlaşır”.

Tarix
2022.02.02 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla