Yuxarı

Qadınların doğru bildiyi 5 yanlış

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadınların doğru bildiyi 5 yanlış

Kişilərlə qadınların bioloji strukturlarındakı fərqlər onların səhhətinə təsir edən amillərdən hesab olunur. Lakin əksər hallarda qadınların doğru hesab etdiyi yanlış fikirlər stereotiplərə çevrilərək sağlamlığa ciddi zərər vurur.

Axar.az İstanbul Sağlam Həyat Mərkəzinin direktoru, mütəxəssis Azad Şamilgilin bu mövzu çərçivəsində müəyyən etdiyi maddələri təqdim edir.

1. Əksər qadınlar baş nahiyələrində olan miqren tipli ağrıların özlərinin zərif və romantik hisslərə tez qapılmaları ilə əlaqələndirir. Lakin tibb bu düşüncənin yanlış olduğunu, miqrenin qadındakı hormonların beyinə təsiri ilə bağlı olduğunu bildirir.

2. Bəzi qadınlar hamiləlik zamanı həm özlərini, həm də körpələrini doyuzdurmaq üçün daha çox yeməyə ehtiyacları olduğunu zənn edir. Tibb bu fikrin də yanlış olduğunu, hamiləlik dövründə normadan (300 kalori) artıq qida qəbul edən anaların körpələrində ürək xəstəliklərinə tutulma riskinin 30-35 faiz artdığını deyir.

3. Bəzi insanlar ürək-damar xəstəliklərinin "kişi xəstəliyi" olduğunu düşünsələr də bu, belə deyil. Ostrojen hormonunun menopoz dövrünə qədər qadınları bu xəstəlikdən qoruduğu görünsə də, siqaret istifadəçisi, artıq çəkisi, hərəkətsiz yaşamı və yüksək təzyiqi olan qadınlar yaşıdlarından daha erkən ürək-damar xəstəliklərinə tutulur. Üstəlik, şəkər xəstəsi olan qadınların infarkt riskinin kişilərdən 2 dəfə çox olduğu açıqlanıb.

4. Qadınlar adətən infarktın əlamətinin kişilərlə eyni olduğunu düşünür. Məhz bu səbəbdən də infarkt keçirmiş qadınların yalnız 30 faizi həkimə müraciət edir.

5. İnfarkt sonrası ölüm ehtimalını kişilərə nisbətdə daha aşağı hesab edən qadınlara tibbi araşdırma ilə cavab verilib. Araşdırmanın nəticəsinə görə, infarktdan 2 həftə sonra 100 kişidən 93-nün, 100 qadından isə 83-nün sağ qaldığı bildirilib.

Tarix
2015.09.02 / 02:00
Müəllif
Natiq Azəri
Digər xəbərlər

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla