Yuxarı

Yay aylarında balıq yemək olar?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yay aylarında balıq yemək olar?

Bir çox ölkələrdə qış aylarında “r” hərfi yoxdur. Onda belə çıxır ki, onlar qışda balıq yeməli deyil?

Bu sözləri Axar.az-a açıqlamasında yay aylarında (adında “r” hərfi olmayan aylarda – red.) balıq məhsullarının istifadəsi ilə bağlı danışan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov deyib.

O bildirib ki, qırmızı ətin həzmi üçün 6 saat vaxt lazım olduğundan yay aylarında ət yemək məsləhət görülmür:

“Balıq yüngül zülal olduğundan elə yay aylarında yeyilməlidir. Saxlama qaydasına düzgün riayət etdikdən sonra niyə zəhərlənmə olsun ki?! Hər hansı bir ərzaq düzgün saxlanılmasa, hazırlanmasa, əlbəttə, zəhərlənmə baş verə bilər. Hətta ətdən də zəhərlənmək olar”.

T.Əmiraslanov bu mövzuda lazımsız məsləhət verənləri qınayıb:

“Hər yerindən qalxan diyetoloq, ekspert olur və ağıllarına gələni danışırlar. Kimsə bu absurd və məntiqsiz fikri yayıb, insanlar da ona inanıb. Xalqa faydasız məsləhətlər verirlər. Sonda isə camaat əziyyət çəkir.

Ürəyiniz istəyən vaxt qorxmadan balıq yeyə bilərsiniz. Sadəcə düzgün qaydada bişirin”, - Assosiasiya rəhbəri deyib.

Tarix
2022.06.25 / 08:45
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla