Yuxarı

Qripdən belə qorunmaq olar – Siyahı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qripdən belə qorunmaq olar – Siyahı

Qripdən qorunmağın 10 yolu açıqlanıb.

Axar.az xəbər verir ki, havaların soyuqlaşması özü ilə bərabər qrip xəstəliyini gətirir. Bu xəstəlikdən özünü qorumağın yolları Axşam.az saytı tərəfindən təqdim edilib.

Oxuculara tərkibində suyu bol olan qidalardan istifadə etmək tövsiyə olunur. Məsələn, göy-göyərti, tərəvəz və meyvə. Bundan əlavə, hər gün bir stəkan portağal-limon suyu qarışığı için. Həddindən artıq isti otaqlarda oturmayın. Hər gün otağınızın havasını dəyişin. Çay əvəzinə zəncəfil, böyürtkən çayı için. Yeməklərdə mixək, nanə, çörəkotu, kimyon kimi ədviyyatlardan bol-bol istifadə edin.

Xəstəlik daha çox əllə yoluxduğundan, əllərinizi tez-tez yuyun. Xəstə uşaqlara öskürüb-asqırarkən əlləri ilə ağızlarını tutmağı öyrədin. Gündə ən az 45 dəqiqə gəzintiyə çıxın.

Gündə ən az 7-8 saat yatmaq, səhər isə tezdən oyanmaq məsləhətdir. Hər gün bir kasa qatıq yemək də qripdən insanı qoruyur.

Tarix
2015.10.13 / 22:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Məhkəmə qərarı: Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla