Yuxarı

Analar üçün: uşağı necə qidalandırmalı?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pediatr İlhamə Rüstəmbəyli azyaşlı uşaqların düzgün qidalanma qaydaları ilə bağlı tövsiyələrini Axar.az-la bölüşüb.

3-5 yaşlı uşaqların qidalanması

Uşağın normal boy və çəkisi üçün zülal, yağ, karbohidratlar, minerallar, vitaminlər lazımi miqdarda qəbul edilməlidir. Qida əsasən rəngarəng və yerli məhsullardan seçilməlidir.

Qida uşağın mədəsində 3,5-4 saata yaxın zaman ərzində həzm olunur. Buna uyğun olaraq uşağınıza qidalanma saatı təyin etməlisiniz. Məsələn, saat 8-də səhər, 12-də nahar, 15.30-da günorta, 19.00-da şam.

Süd və süd məhsulları zülal və kalsi ilə zəngindir. 3-5 yaşlı uşaq gündə 0,5 ml süd, 100-150 qram qatıq və ya yoqurt, 50-70 qram kəsmik qəbul edə bilər.

Ət və balıq məhsulları, yumurta uşağın gündəlik qidasının əsasını təşkil etməlidir. 1 yumurtadan artıq qəbul uşaqda allergiya yarada bilər. Əgər həftənin 4 günündə ətdən hazırlanmış qida verirsinizsə, 3 günü balıq vermək məsləhətdir. (Balıqdan yay mövsümündə istifadə etmək tövsiyə olunmur).

Tərəvəzlərdən gülkələm, balqabaq, çuğundur, kartof buxarda bişirilib əzilərək üzərinə bitki yağı əlavə etməklə müxtəlif salatlar şəklində verilə bilər.

Həmçinin pomidor (allergik uşaqlara ehtiyatla), xiyar və çox xırda doğranmış göyərti istifadə edə bilərsiniz.

Yarmalardan düyü, qarabaşaq, herkules, mannı (həftədə bir dəfə), yulaf süddə və ya suda bişirilib üzərinə kərə yağı əlavə edilərək verilməlidir.

Yay mövsümündə ərik, şaftalı, moruq, qarağat, gilas, üzüm və s. meyvələrdə uşaq lazım olan çoxlu vitaminlər var və onları qəbul edə bilər. Çiyələk bəzi uşaqlarda allergiya yaratdığı üçün ehtiyatlı olmaq lazımdır.

Çay və digər mayelər – uşaqlara tünd çay vermək qəti qadağandır. Yaxşı olar ki, gündə bir dəfə və ya günaşırı raziyanalı və çobanyastığı dəmləməsindən çay verəsiniz. Həftədə 1-2 dəfə 1 qram olmaqla südə və ya suya kakao əlavə etmək olar.

Şirniyyat məhsullarından peçenye, vafli, meyvəli karamellər, cemlər, əgər allergiyası yoxdursa, bal vermək olar. Yalnız gün ərzində 30-50 qram normasını rəhbər tutmaq və onu aşmamaq lazımdır. Şokolad sinir sistemini oyadır, allergiya yaradır. Buna görə də uşaqlara verilməsi məsləhət deyil.

Axşamlar uşağa şirniyyat verməyin, çünki ağızda yaranan turşuluq dişlərin kariesinə səbəb olur.

Çörək və makaron məhsulları da uşağın qidalanmasında istifadə olunmalıdır. Lakin az miqdarda olmağına diqqət yetirmək lazımdır (100 – 150 qr).

Yayda hava isti olduğundan suya tələbat artır. Uşağa istədiyi qədər maye verməyiniz məsləhətdir. Bura çay, kompot, kisel, ayran, qazı çıxarılmış mineral suyu aid etmək olar. Şirin sulardan istifadə məsləhət görülmür, belə olduğu halda uşağınızın iştahı olmayacaq.

Günün birinci yarısında gec həzm olunan ət və zülalla zəngin qidaları, ikinci yarısında isə asan həzm olunan tərəvəz və qidaları verməyiniz məsləhətdir.

Qida qəbulunu maraqlı etmək üçün uşağa üzərində müxtəlif şəkillər olan qablar almağınız tövsiyə olunur. Uşaqlar böyüklərlə eyni süfrədə yemək yeməyi xoşlayır. Çalışın onların bu istəyini yerinə yetirəsiniz. Yemək zamanı onları tərifləsəniz, yaxşı olar.

Tarix
2015.10.16 / 08:30
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…

MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı

Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video

Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” təqdim edildi

İlham Əliyev Bütün Rusiyanın Patriarxı ilə görüşdü

Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video

Netanyahunun Bakıya səfəri təxirə salındı - Təcili

Nazir dostunun oğluna vəzifə və ödül verdi - Qalmaqal

"Yaşıl kart" lotereyasının nəticələri açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla