Yuxarı

Xərçəngə tutulmamaq üçün arıqlayın – Alimlər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəngə tutulmamaq üçün arıqlayın – Alimlər

Dünya üzrə aparılan araşdırma sübut edib ki, artıq çəki və həddən artıq kökəlmək xərçəng xəstəliyi risqi yaradır.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, statistikaya görə, hazırda ABŞ əhalisinin üçdə biri piylənmədən əziyyət çəkir. Böyük Britaniyada da oxşar vəziyyətdir. Burada da hər beş ölkə vətəndaşının artıq çəkisi var. Bunu nəzərə alan amerikalı mütəxəssislər onkoloji xəstəliklərlə artıq çəkinin əlaqəsini yoxlamaq qərarına gəliblər.

Alimlər tədqiqatlara beş milyon könüllü cəlb edib. Araşdırmalar göstərib ki, təkcə Birləşmiş Krallıqda hər il artıq çəkidən əziyyət çəkən insanlarda 12 mindən çox onkoloji xəstəlik halı qeydə alınır. Müəyyən edilib ki, qadınlarda bədən kütləsi indeksinin yüksəlməsi onların 62 faizində uşaqlıq xərçənginin inkişafı riskini artırır. Həmçinin bədən kütləsi indeksinin normadan 25 faiz artımı hər iki cinsdə böyrək xərçəngi yaradır.

Artıq çəki kişilərin 10 faizində bağırsaq xərçənginə, qadınların isə 41 faizində süd vəzi xərçənginə tutulmaq ehtimalını artırır. Ekspertlərin fikrincə, piylənmə estrogen hormonunun artmasına şərait yaradır ki, bu da döş xərçənginin inkişafına gətirib çıxara bilər.

Alimlər belə qənaətə gəliblər ki, onkoloji xəstəliklərin profilaktikasında ən yaxşı üsul arıqlamaqdır.

Tarix
2015.10.20 / 02:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla