Yuxarı

Bu reseptlər etibarsız sayılacaq - Nazirlik

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları təsdiq edilib.

Axar.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, Nazirliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalar "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən hazırlanıb və resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına və aptek təşkilatlarından buraxılmasına dair tələbləri müəyyən edir.

Qaydalara əsasən, həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Resept əsasında yalnız Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılır. Bu tələb dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələrinə şamil edilmir.

Dərman vasitələrinə reseptlər yalnız Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi blanklarda yazılır: "Resept blankı forması"nda, "Ödənişsiz resept blankı forması"nda, optik ləvazimatlara isə "Optik ləvazimatlara resept blankı forması"nda.

Həmin qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır.

Dövriyyəsinə nəzarət edilən narkotik tərkibli dərman preparatlarına və psixotrop maddələrə tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 nömrəli qərarı ilə müəyyən edilir.

Dərman vasitələrinə reseptlərin yazılması qaydasına əsasən reseptlər təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibbi praktika ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən tibbi göstərişlər əsasında yazılır.

Resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır. Resept blanklarında hər hansı düzəlişə yol verilmir.

Dərman vasitələrinin tərkib hissələri resept blankında latın və ya ingilis dillərində, dərman forması, hazırlanması və müvafiq buraxılış qaydaları latın dilində, reseptin siqnatura hissəsi (dərmanın istifadə edilmə qaydası) isə Azərbaycan dilində yazılmalıdır.

Tarix
2015.11.23 / 17:08
Müəllif
Vüqar Şahinoğlu
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla