Yuxarı

Bel ağrısından qurtulmağın yolu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bel ağrısından qurtulmağın yolu

Gündəlik həyatda edilən yanlış hərəkətlər, masada səhv oturmaq, kompüter qarşısında keçirilən uzun saatlar bel sağlamlığı üçün problemlərə gətirib çıxarır.

Axar.az xəbər verir ki, aparılan bir araşdırmaya görə, hazırda yetkin insanların 80%-i bel ağrısından əziyyət çəkir. Bel ağrısından şikayət edən xəstələrin çoxunda bel yırtığının olduğu müşahidə edilir.

Mütəxəsislərin sözlərinə görə, artıq çəki, ağır əşya qaldırılması, hətta stres belə bel ağrılarına səbəb olur.

Bel ağrısını azaltmaq üçün bunları yoxlayın:

- Bel ağrısının qarışısını almaq üçün ağırlıq qaldırarkən, masada oturarkən, idman edərkən vücudunuza doğru şəkil verərək belinizi yükləməməlisiz.

- Ağrı başlayan zaman ilk olaraq 24-48 saat ərzində ağrıyan nahiyəyə 5-10 dəqiqə arayla soyuq kompres edə bilərsiz.

- Əgər ağrı bir neçə gün içində azalmazsa, ağrıyan bölgəyə isti kompres edin.

- Hərəkət etməyə davam edin, ancaq belinizi qoruyun. Ani dönüşlərdən və ya bükülmə hərəkətlərindən qaçın. O cümlədən yataqda uzanmaqdan da uzaq durun.

- Bir saat oturduqdan sonra durub 10 dəqiqə gəzin və dəyişik hərəkətlər edin.

- Kondisioner olan otaqda çox qalmayın.

Beliniz ağrıyan zaman məşq etsəniz, daha qısa müddətdə özünüzü yaxşı hiss etmənizi təmin edər və bel ağrısının daha da şiddətlənməsinin qarşısını almış olarsınız.

Qeyd edək ki, bel ağrısı ümumi olaraq bir xəstəlik və ya xüsusi olaraq bir xəsarət almaqla birbaşa əlaqəsi olmayan, ancaq sıx rast gəlinən narahatlıqdır.

Tarix
2015.12.02 / 01:36
Müəllif
Gülər Nəsibova
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla