Yuxarı

Bakıda məktəblinin mədəsindən soxulcan çıxdı - Şok

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məktəblinin mədəsindən soxulcan çıxdı - Şok

AMEA Zoologiya İnstitutunun "Helmintologiya" laboratoriyasına valideyn tərəfindən müraciət olunub.

Lent.az-ın məlumatına görə, aparılan tədqiqatlar nəticəsində məktəblinin orqanizmində soxulcan (yağış qurdu) aşkar edilib.

10-cu sinif şagirdinin ağzından 18 sm uzunluğunda qurd (helmint) çıxıb, təyinat üçün laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Qara Fətəliyevə təqdim edilib. Araşdırmalar zamanı bu qurdun parazitlik edən helmint (qurd) yox, torpaqda yaşayan soxulcan olduğu təsdiqlənib. Xəstə dindirilərkən hazırda onun mədə - bağırsaq sistemində çoxlu sayda "qurdların" müxtəlif istiqamətlərə hərəkət etdikləri müəyyən olunub.

Q.Fətəliyev bildirir ki, bir neçə il bundan əvvəl də NZS qəsəbəsində bizə müraciət edən 7-ci sinif şagirdinin ağzından 8 soxulcan xaric olunub.

Soxulcanlar Həlqəvi qurdlar tipinin Oliqaxetlər sinfinin Haplotaxida dəstəsinin Lumbricidae fəsiləsinə daxildir. Onlar yumurtalarını (baramalarını) nəm torpağa, bəzən isə bitkilərin kök hissələrinə qoyur. Yumurtalar 3-4 aya inkişaf edir və yetkin formaya çevrilir.

Tərəvəz bitkiləri yaxşı yuyulmadıqda bitkinin kök boynuna yapışmış qurd yumurtaları tərəvəzlə birlikdə udulur. Həzm sistemində onlardan sürfələr çıxır və anaerob şəraitdə bağırsaq möhtəviyyatı ilə qidalanaraq inkişaf edir. Yoluxmamaq üçün tərəvəz bitkilərindən isifadə edilərkən onların təmiz yuyulması tövsiyə olunur.

Tarix
2015.12.09 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla