Yuxarı

Rus qadınların gözəllik sirri...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus qadınların gözəllik sirri...

Rusların hamar dərisinin, arıq qalmalarının və gənc görünmələrinin sirri bir çox insanı maraqlandırır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qidalanma üzrə ekspertlər bunda zirinc bitkisinin böyük rolu ola biləcəyini deyirlər.

Ruslar bu giləmeyvədən öz mətbəxlərində geniş şəkildə istifadə edirlər. Möcüzəvi təsirləri olan zirinc sağlamlıq üçün çox qiymətli hesab edilir. Ondan mürəbbə və ya kompot hazırlanır. Turşməzə dadı olan zirinc qurudulmuş halda da satılır. Plova və ya müxtəllif yeməklərə qatılaraq istifadə edilə bilər.

Ürək sağlamlığından tutmuş dəri gözəlliyinə qədər bir çox faydası olan bu giləmeyvəni tez-tez istehlak etmək lazımdır.

Zirinc orqanizmdə antikorların əmələ gəlməsinə kömək edir. Zirinc meyvəsini istehlak edən insanlar ürək xəstəlikləri, xərçəng və diabetə qarşı güclü qorunma əldə edirlər. O, qan damarlarını təmizləyir, yağları əridir. Xüsusilə tərkibindəki C vitamini immunitet sisteminin düzgün işləməsini təmin edir.

Zirinc meyvəsi dəri iltihabına qarşı da faydalı təsir göstərir. İltihablı dəriyə tətbiq edildikdə rahatlıq təmin edir. Zirinc meyvəsinin tərkibindəki birləşmələr bağırsaqlardakı faydalı bakteriyaları çoxaldır. Tərkibindəki maddələr damarları qoruya və ateroskleroz riskini azalda bilər. Zirincin müntəzəm istifadəsi xroniki xəstəliklərlə əlaqəli iltihabı azaldır.

Onun qurusunu yeməklərinizə daxil etməklə yüksək təzyiq problemini aradan qaldıra bilərsiniz. Ciddi ürək problemlərinin aradan qaldırılmasında da təsirli rol oynaya bilər. Zirinc qanda qırmızı qan hüceyrələrini artırır. Bir araşdırma gündəlik zirinc istehlakının təzyiqi aşağı salan dərmanlarla oxşar effekt verdiyini üzə çıxarıb.

Qeyd edək ki, bitkinin kökləri, gövdəsi və qabıqları qurudulduqdan sonra çay kimi dəmlənilərək də istehlak edilə bilər.

Tarix
2024.06.07 / 02:04
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla