Yuxarı

Ağ saçdan qurtulmaq istəyənlərin diqqətinə: pomidor...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağ saçdan qurtulmaq istəyənlərin diqqətinə: pomidor...

Çürük pomidorları gözəllik prosedurlarında istifadə etmək yəqin ki, heç birimizin ağlına gəlməz. Ancaq ağ saçları təbii şəkildə tündləşdirməyin yollarından biri də çürük pomidorlardan hazırlanan boyadan istifadə etməkdir.

Bəs çürük pomidordan saç boyası necə hazırlanır?

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, ağ saçlar yaş və ya genetikadan asılı olaraq bir çox insanın üzləşdiyi problemdir. Saçları ağaranlar adətən onları boyamağa üstünlük versələr də, bu vəziyyətdən xilas olmaq üçün təbii üsullara müraciət edənlərin də sayı az deyil.

Bunun üçün çürük pomidorların qabıqlarını soyun və ən yararsız hissələrini kəsib atın. Sonra üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edərək blenderdən keçirin. Sonrakı mərhələdə qarışıma 1 çay qaşığı düyü unu əlavə edib püre halına gətirin.

Bu qarışımı yağlı və çirkli saçlara çəkin. Ən azı 30 dəqiqə saxlayın. Bu müddət bitdikdən sonra saçınızı yaxşıca yuyun.

Bu prosesi həftədə bir dəfə tətbiq etsəniz, zamanla saçların ağarmasına səbəb olan follikulların sayının azaldığını görəcəksiniz. Bu proses sayəsində piqmentin yenilənməsi nəticəsində saç kökləri güclənəcək və ağ saçlarınızın rəngi tündləşəcək.

Çürük pomidor ağ saçların qaralmasında təsirli ola bilər. Ancaq həssas dəriyə sahib olanlar bunu sınamazdan əvvəl mütləq bir mütəxəssislə məsləhətləşməlidirlər.

Tarix
2024.07.03 / 02:14
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Avstriya səfirini qəbul etdi

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla