Yuxarı

Alimlərdən ilginc açıqlama: Depressiya yoluxucudur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlərdən ilginc açıqlama: Depressiya yoluxucudur

Getdikcə daha çox insan əhval-ruhiyyəsinin pisləşməsindən, çarəsizlikdən və depressiyanın digər simptomlarından şikayətlənir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada yerləşən Milli Statistika İdarəsinin son sorğu rəqəmləri göstərir ki, hər altı nəfərdən biri orta və ya ağır depressiv simptomlar yaşayır. Bu, əvvəlki üç illə müqayisədə 60 faiz çoxdur.

Bu dəhşətli artıma COVİD-19 pandemiyası zamanı baş verən qapanma və bundan irəli gələn həyat tərzi dəyişikliklərinin səbəb olduğu düşünülür. Alimlər bütün bunların zehni təzyiqi və stressi pik həddə çatdırdığını bildirirlər.

Depressiyadan əziyyət çəkənlərin sürətlə artmasının başqa bir səbəbi ola bilərmi?

Depressiyanın soyuqdəymə və ya qrip kimi yoluxucu bir xəstəlik olduğu ilə bağlı iddialar var.

Finlandiya psixoloqları bu fikri “JAMA Psychiatry” jurnalındakı məqalələrində irəli sürüblər.

Helsinki Universitetinin psixologiya üzrə dosenti Kristian Hakulinenin rəhbərlik etdiyi komanda yeni araşdırma aparıb. Araşdırma çərçivəsində 16 yaşından başlayaraq 11 il ərzində 700 mindən çox uşağın sağlamlıq qeydləri izlənilib.

Təhlillər müəyyən edib ki, əgər sinifdəki şagirdlərdən birində əhəmiyyətli depressiya əlamətləri varsa, onun sinif yoldaşlarının eyni xəstəlikdən əziyyət çəkmə ehtimalı ən azı 9 faiz artır.

11 illik araşdırma dövründə birdən çox sinif yoldaşı depressiyadan əziyyət çəkən şagirdlərə oxşar diaqnoz qoyulma riskinin ən azı 18 faiz yüksək olduğu müəyyənləşib.

Araşdırmaçılar yekun nəticəyə gələrkən gəlir səviyyəsi kimi əhval-ruhiyəyə birbaşa təsir edə biləcək faktorları nəzərə alıblar.

Qeyd edək ki, əvvəlki araşdırmalar da depressiyanın yoluxucu ola biləcəyini irəli sürmüşdü.

Tarix
2024.07.04 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

Bu, Şuşa Bəyannaməsinin geostrateji əhəmiyyətini artırır

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla