Yuxarı

Yaddaş itkisinin gözlənilməz səbəbi...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaddaş itkisinin gözlənilməz səbəbi...

ABŞ-ın "Virginia Commonwealth" Universitetinin Tibb fakültəsinin və "Richmond" Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, idrak qabiliyyəti zəif olan insanların 13%-də yaddaş pozğunluğu qaraciyər sirrozu səbəbindən yaranır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tədqiqatda 2009-2019-cu illər arasında demensiya ilə üzləşmiş təxminən 69 min könüllü iştirak edib. Alimlər iştirakçıların həyat tərzi və sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb, sonra onların hər birinin qaraciyər toxumasının vəziyyətini qiymətləndiriblər.

Alimlər müəyyən ediblər ki, demensiyalı xəstələrin 13%-də koqnitiv geriləmə beyindəki spesifik dəyişikliklərlə deyil, qaraciyərdəki çapıqlarla əlaqəlidir.

Tədqiqatçıların fikrincə, yaddaş və diqqətin pisləşməsi qaraciyər ensefalopatiyası nəticəsində mərkəzi sinir sisteminə dəyən ziyana görə baş verə bilər. Qaraciyər ensefalopatiyası normalda qaraciyər tərəfindən təmizlənməli olan zəhərli maddələrin qanda toplanması və beyinə getməsi ilə baş verir.

Alimlər deyirlər ki, qaraciyərin zədələnməsi nəticəsində yaranan demensiyanı müalicə etmək mümkün ola bilər.
Qaraciyərdə iltihab prosesinin aktivliyini azaltmaqla yaddaşı yaxşılaşdırmaq mümkündür.

Tarix
2024.07.14 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla