Yuxarı

Bu vitaminin çatışmazlığı çəki artımına səbəb olurmuş

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu vitaminin çatışmazlığı çəki artımına səbəb olurmuş

Alimlər müəyyən ediblər ki, artıq çəkili insanlar kifayət qədər C vitamini qəbul etmirlər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri insanlarda C vitamini çatışmazlığının çəki artımı ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğunu müəyyən ediblər.

Onların fikrincə, artıq çəki varsa, sağlamlığı qorumaq üçün pəhrizdə C vitamininin miqdarı artırılmalıdır.

Tədqiqatın nəticələri “Critical Reviews in Food Science and Nutrition” jurnalında dərc olunub.

Alimlər irəli sürüblər ki, piylənmə oksidləşdirici stressi artıran aşağı dərəcəli iltihabı çoxaldaraq C vitamininin mübadiləsini (və onun orqanizmdən xaric olmasını) sürətləndirə bilər.

Məlumata görə, piylənmə 2-ci tip diabet və alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riskini də artırır. Bu xəstəliklərin hər ikisi C vitamini səviyyəsinin azalması ilə xarakterizə olunur.

Yeni Zelandiyada hazırda Ümumdünya Səhiyyə Təşkilatının C vitamini üçün gündəlik tövsiyəsi 45 mq-dır. Bu, dünyada ən aşağı gündəlik dozalardan biridir. Alimlərin fikrincə, bu məbləğ artıq çəkili insanlar üçün kifayət etməyə bilər.

Tədqiqatçılar çəkisi 70 kq olan insanın hər 10 kq artıq çəki üçün əlavə olaraq 17-22 mq C vitamini almasını tövsiyə edirlər.

Tarix
2024.07.20 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla