Yuxarı

Arıqlaya bilməmək, yuxululuq, əsəbilik... - Səbəbi açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arıqlaya bilməmək, yuxululuq, əsəbilik... - Səbəbi açıqlandı

Boğazda zob əmələ gəlməsi, yuxululuq, əsəbilik, çəki dəyişikliyi və əzələ ağrıları qalxanvari vəzin xəstəliyinə işarə edə bilər.

Axar.az-ın Oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq Anastasiya Lunyova məlumat verib.

"Qalxanvari vəzin işində ən kiçik pozuntu belə sağlamlıq vəziyyətində ciddi fəsadlara səbəb ola bilir. Boğazda düyünlənmə hissinə diqqət yetirmək lazımdır. Bu, çox vaxt LOR orqanlarının xəstəlikləri ilə əlaqəli olsa da, hormon problemlərini istisna etmək olmaz. Həmçinin boyunda görünən və ya yalnız əllə hiss edilən hər hansı bir törəmə olduqda həkimə müraciət lazımdır", - deyə mütəxəssis bildirib.

Çəkidə hər hansı istiqamətdə izah olunmayan dəyişikliklər və ya arıqlaya bilməmək qalxanvari vəzi problemlərinə işarə edə bilər. Xarici görünüşdə də dəyişikliklər ola bilər: saçların qırılması və tökülməsi, dırnaqların nazikləşməsi və tutqunlaşması.

Qalxanvari vəzi hormonlarının çatışmazlığı beyindən bədənə siqnalların ötürülməsinə cavabdeh olan sinir hüceyrələrinə zərər verir. Bu zaman ağrılı spazm və qıcolmalar, həmçinin ətrafların keyləşməsi yarana bilər.

"Əgər nə hərəkət etmək, nə düşünmək, nə işləmək istəyirsinizsə, yalnız uzanmaq və ya yatmaq istəyirsinizsə, bunu yaşa, mövsüm dəyişikliyinə və ya başqa bir şeyə aid etməyin. Həkimə müraciət edib hormon problemlərinin olmadığına əmin olmaq daha yaxşıdır. Bu, xüsusilə qohumlarında qalxanvari vəzi problemi olan insanlar üçün vacibdir", - deyə həkim qeyd edib.

Tarix
2024.10.28 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla