Yuxarı

Neçənci mərtəbədə yaşamaq daha münasibdir? – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neçənci mərtəbədə yaşamaq daha münasibdir? – Həkim

Birinci mərtəbələrdə yaşayan insanlar daha çox ağciyər xəstəlikləri və immunitetin zəifləməsi, yuxarı mərtəbələrdə yaşayanlar isə baş ağrıları, qan təzyiqi və ürək ritminin pozulması halları ilə rastlaşır.

Axar.az xəbər verir ki, bunu rusiyalı həkim terapevt Şirin Orayeva hündürmərtəbəli binalarda yaşamaqla bağlı risklərdən danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, birinci və ikinci mərtəbələrdə yaşamağın təhlükəsi zirzəmiyə yaxınlığıdır, burada göbələk və kif olur. Yolların yaxınlığında avtomobil qazlarının yığılması, həmçinin isti havalarda asfaltdan çıxan toz və buxarlar da zərərlidir.

Yeddinci mərtəbədən yuxarı mərtəbələrə gəlincə, burada sənaye müəssisələrinin tüstüsü və elektromaqnit şüalanması sakinlər üçün təhlükə yaradır.

“25-ci mərtəbə və ondan yuxarı ekstremal hündürlükdə olan mərtəbələrdə yaşamaq yüksək vibrasiya səviyyəsi, atmosfer təzyiqinin dəyişkənliyi və liftin sürətli hərəkəti zamanı yaranan yüklənmələr səbəbindən təhlükəlidir”, –Orayeva bildirib.

Həkim qeyd edib ki, tibbi baxımdan birinci və yeddinci mərtəbələr arasında olan aralıq optimal hesab olunur. Bu mərtəbələrdə lift xarab olsa belə, yüksək mərtəbəyə qalxmaq lazım deyil, həyətdə oynayan uşağa nəzarət etmək rahatdır, həmçinin səs-küy, rütubət və çirklənmə daha azdır.

Tarix
2024.11.29 / 01:48
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla