Yuxarı

“Bona Dea” 600 manata iynə vurur: bəs, uşağa bir şey olsa?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bona Dea” 600 manata iynə vurur: bəs, uşağa bir şey olsa?

“Liv Bona Dea Hospital”da peyvənd həddən artıq baha, üstəlik, peyvəndə görə heç bir məsuliyyət yoxdur.

Axar.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev məlumat paylaşıb.

Onun sözlərinə görə, burada peyvəndin biri minimum 250-300 manatdır, iki peyvənd üçün 500-600 manat tələb olunur. Bununla yanaşı, peyvənddən öncə “müqavilə”ni imzalamaq lazımdır.

Politoloq bildirib ki, müqavilədə uşağa vurulan peyvəndə görə klinikanın heç bir məsuliyyət daşımadığına imza atmalısan: yəni 500-600 manat ver, peyvənd vurdur, ancaq uşaqda bu iynədən hansısa fəsad yaranarsa, klinika sorumlu olmayacaq.

Peyvəndin hara istehsalı olması, nə vaxt alınması, necə daşınması, necə saxlanılması haqqında da heç bir məlumat verilmir.

“Peyvəndin haradan alındığını görə bilərəmmi? Deyir, yox. Yəni adam “Sədərək” ticarət mərkəzindən peyvənd ala, ya çöldən tapa, Çinə sifariş verə bilər, amma məsuliyyətin valideyn daşımalıdır.

Bunun saxlanma şəraitinə əməl olunurmu, düzgün saxlanılırmı, ona kim məsuliyyət daşıyır, bunları görə bilərikmi? Deyir, yox. Amma məsuliyyət yenə valideynindir.

Deməli, 600 manata peyvənd satır, hardan, necə alındığını, saxlama şəraitini və s. sənə demir, ancaq sənə də məcburi müqavilə imzalatdırır ki, uşağa nəsə olsa, sənlikdir.

Yəni, “Bona Dea” aldığı, saxladığı və vurduğu peyvəndə əmin deyilsə, biz necə uşaqları onlara etibar edə bilərik?! Özü də peyvəndi onlar vurduğu halda, bütün məsuliyyəti biz niyə üzərimizə götürək?”

Tarix
2024.12.24 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla