Yuxarı

Astma xəstələri “havasız” qaldı: bu dərman ölkəyə niyə gətirilmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Salbutamol” tərkibli aerozol dərmanının ölkəyə idxalı həyata keçirilmir.

Bu sözləri Axar.az-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli astma xəstəliyindən əziyyət çəkən şəxslərin istifadə etdiyi dərmanın apteklərdə tapılmaması haqda danışarkən deyib.

Onun sözlərinə görə, ölkəyə dərman vasitələrinin gətirilməsi Səhiyyə Nazirliyi və onun qurumlarının səlahiyyətləri çərçivəsindən kənardır və əsasən müxtəlif özəl şirkətlər tərəfindən idxal edilir:

“Salbutamol” tərkibli aerozol dərman vasitələri barəsində tərəfimizdən ölkə ərazisində əczaçılıq fəaliyyəti ilə məşğul olan iri topdansatış idxalçı şirkətlərlə şifahi sorğu aparılıb. Sorğu zamanı şirkətlər bildirib ki, dərman vasitəsinin təsiredici maddəsi olmadığına görə istehsalçı şirkətlər tərəfindən sözügedən tərkibli dərman vasitəsinin istehsalında problemlər yaranıb. Bu səbəbdən də hazırda idxalı həyata keçirilmir”.

Mətin Məcidli əlavə edib ki, qeyd olunan dərman vasitəsinin eyni təsirə malik digər ticarət adı olan dərman vasitəsinə dəyişdirilməsi ilə bağlı xəstələrin müalicə həkiminə müraciət etmələri tövsiyə olunur.

Qeyd edək ki, astma xəstəliyindən əziyyət çəkən şəxslərin mütəmadi olaraq istifadə etdiyi “Salbutamol” dərmanı bir neçə aydır ki, ölkəyə gətirilmir. Sonuncu dəfə dərmanın kütləvi satışı dekabrda həyata keçirilib. Hazırda satışda az sayda qalan bu dərman apteklərdə öz qiymətindən (5 manat 40 qəpik) dəfələrlə baha qiymətə satılır.

Tarix
2025.02.10 / 16:29
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Veldkamp da Azərbaycan sərhədinə gəldi - Foto

İndi həmin o böyük qardaş Brüsseldir - Prezident

Biz Cənubi Qafqazda sülh qurmalıyıq - Prezident

Gecə-gündüz casus kimi sərhədlərimizdə dayanırlar...

Biz bunu ən azı 20 ildir edirik... - Prezident

Afina Ermənistan üçün sərhədimizdə, görün, nə tikib...

Prezident: Biz işğal illərini yaddan çıxarmayacağıq

COP29 bəzi Qərb mediasında kampaniyalarla müşayiət olundu

İlham Əliyev Roma Papasına məktub göndərdi

COP29-un Azərbaycanda keçirilməsi bundan xəbər verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla