Yuxarı

Siqaret aludəçiləri bu bitkidən yeməlidir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siqaret aludəçiləri bu bitkidən yeməlidir

Tərə ən faydalı bitkilərdən biri hesab edilir. Onun tərkibində portağaldan daha çox C vitamini, ispanaqdan daha çox dəmir, süddən daha çox kalsium var.

Publika.az tərənin sağlamlığa faydalarını təqdim edir:

Tərənin bir çox çeşidi olsa da, su tərəsi daha faydalı və ləzzətli hesab edilir. Qədim dövrlərdə Hindistanda bu bitkidən dərman kimi istifadə edilib. Tərəni adətən, çiy halda yeyirlər, salatlara və şorbalara əlavə etmək olar. Bəzi ət və tərəvəz yeməklərinə də əlavə edilir.

Ötən illərdə ABŞ-ın Uilyam Paterson Universitetinin professorları qida dəyəri baxımından tərənin ən faydalı bitki olduğunu açıqlamışdı. Tərə manqan və fosfor mineralları ilə yanaşı, maqnezium, kalium yod və mis də ehtiva edir.

Tənəffüs yollarında problem olanlar tərədən faydalana bilərlər. Bu bitki öskürəyi kəsir, sinəni yumşaldır, bəlğəmi sökür. Bədəndəki zərərli bakteriyaları məhv edən tərə arıqlamaq istəyənlər üçün də idealdır.

Tərə qaraciyər üçün faydalıdır. Bu bitki qanı təmizləyir, qandakı şəkərin miqdarını azaldır, qan azlığının qarşısını alır.

Tərə böyrəklər üçün də əvəzedilməz bitkidir. Çünki böyrək daşlarının tökülməsini asanlaşdırır. Tərə yeyən insanlar saç tökülməsi və kəpək problem ilə üzləşmirlər.

Siqaret aludəçilərinə də tərə yemək tövsiyə edilir. Çünki bu bitki siqaretin orqanizmə verdiyi zərəri azaldır, hüceyrələri bərpa edir. Elə bu xüsusiyyəti sayəsində xərçəngin ən böyük düşməni hesab edilir.

Göz xəstəliklərindən əziyyət çəkənlər də bu bitkidən faydalanmalıdır. Çünki tərə göz xəstəliklərinə yaxalanmaq riskini azaltmaqla yanaşı, xəstəliyin sağalmasını da sürətləndirir.

Lakin bu bitkini həddən artıq yemək olmaz. Xüsusilə şəkər xəstələri və allergiyadan əziyyət çəkənlər diqqətli olmalıdır.

Tarix
2016.05.23 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla