Yuxarı

Şəkəri salan, xərçəngdən qoruyan meyvə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkəri salan, xərçəngdən qoruyan meyvə

Albalı anti-viral və anti-bakterial xüsusiyyətlərə malik olduğundan fitokimyəvi qidadır. 20 albalıda 12-25 milliqram arasında antosiyanin var, bu da bir aspirindən on qat daha təsirlidir.

Axar.az albalının digər faydaları haqqında məlumatı təqdim edir:

Albalıda olan antosiyaninlər sağlam hüceyrələrə təsir etmədən xərçəng hüceyrələrini məhv edir. Araşdırmalar albalının tərkibində olan liflərin xərçəngə səbəb olan hüceyrələri azaltdığını göstərib.

Albalı həm xolesterolu, həm də qan şəkərini salmağa xeyirlidir. Duzların bədəndən atılmasına da kömək edir. Bu səbəblə revmatizm, oynaq əhənglənməsi və damar sərtliyinin müalicəsində istifadə edilə bilər.

Albalıda olan kinik turşusu böyrəklərdə daş və qumun tökülməsinə, qandakı zərərli maddələrin bədəndən atılmasına kömək olur.

30 qram albalı saplağını 1 litr suda 10 dəqiqə qaynadaraq hazırlayacağınız çay böyrəkləri işlədərək, qan və sidik yollarını, bağırsaqları tənzimləyir.

Albalının qəbizliyi aradan qaldıran xüsusiyyəti var.

Albalı qandakı zərərli maddələrin bədəndən atılmasını, qanın təmizlənməsini, üzdəki sızanaqların aradan qaldırılmasını təmin edir.

Bu meyvənin tərkibində C, B1, B2, B5 vitaminləri, maqnezium və kalsium var.

Tarix
2016.07.01 / 01:50
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla