Yuxarı

Fövqəlgüc yolunda - Hədəfə çevrilən qardaş ölkə

Ana səhifə Digər Şərh
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçdiyimiz günlərdə qardaş ölkə Türkiyənin İstanbul və Kayseri şəhərlərində törədilən terror aktları, ardınca Rusiya səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsi bu ölkənin açıq hədəfə çevrildiyini bir daha ortaya qoydu.

Bu olaylar öz mövqeyindən dönməyən rəsmi Ankaraya, Ərdoğan iqtidarına növbəti mesaj idi. Yenə fövqəlgüclər dünyanın ədalətsiz, ikili standartları ilə barışmayan, yeni qanlı dünya nizamını əngəlləyən Osmanlının varisini tarix səhnəsindən silməyə cəhd edirlər, desək yanılmarıq.

Əbəs yerə deyildi ki, Avropa Parlamentinin üzvlük müzakirələrini dondurması, ardınca Türkiyə rəsmilərinin bu qurumun ünvanına sərt tənqidlər səsləndirməsi artıq tərəflər arasında münasibətləri xeyli tarıma çəkmişdi. Üstəlik də Ərdoğanın bir müddət əvvəl dollardan imtina çağırışı şübhəsiz Qərb dairələrini ciddi şəkildə silkələdi. Belə olan halda Avropa Birliyi bütün bu proseslərə səssiz qalmaya bilməzdi və qalmadı da.

Son dövlər baş verən olaylar da elə bunun əyani sübutudur.

Səfir Andrey Karlova sui-qəsd həyata keçirən polis məmurunun FETÖ şəbəkəsi ilə əlaqəsinin üzə çıxması artıq bir çox mətləblərdən xəbər verir. Heç kəsə sirr deyil ki, bu şəbəkə Qərbdən maliyyələşən, elə Qərbin tapşırıqlarını həyata keçirən və maşa rolunu oynayan bir təşkilatdır.

Ötən ilin noyabrında Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə F-16-ları tərəfindən hədəf alınması da FETÖ-nun “əməyi”nin nəticəsi idi. Hərçənd ki, ilk vaxtlarda bu faktor bilinməsə də, sonradan Ərdoğan və onun şəxsində bir sıra türk rəsmiləri bu olayda Gülən dairələrinin əli olduğunu vurğuladılar. Məlum şəbəkə bununla Rusiya-Türkiyə münasibətlərini gərginləşdirmək, hər iki dövləti müharibəyə belə cəlb etməkdən çəkinmədi.

Doğrudur, Su-24 olayından keçən təxminən yarım il ərzində Rusiya və Türkiyə iqtisadiyyatına dəyəri milyardlarla ölçülən ziyan dəydi. Rəsmi Moskvanın ardıcıl olaraq Ankaraya sanksiyalar tətbiq etməsi ilə Qərb müəyyən dərəcədə öz istəyinə nail oldu və Türkiyə bir növ iqtisadi blokadaya alındı.

Lakin bütün proseslər fonunda Prezident İlham Əliyevin qardaş ölkəyə öz yardım əlini uzatması, daha dəqiq desək, Mərkəzi Asiyaya gedəcək olan Türkiyə TIR-larının Azərbaycandan aşağı rüsumla keçməsinə izn verməsi bu sanksiyalara və oyunlara qarşı atılan ən güclü addımlardan biri idi.

Aylar sonra Ərdoğanın Putinə üzrxahlıq məktubu göndərməsi də məhz Qazaxıstan və Azərbaycan prezidentlərinin xüsusi səyləri və vasitəçiliyi ilə baş tutmuşdu.

Ancaq Rusiya-Türkiyə münasibətlərinin nizamlanması və geosiyasi arenada ortaq mövqedən çıxış etmək üçün cəhdlərin birləşdirilməsi Qərbin daha böyük hücumlarına səbəb olmaqdadır. 40 ildir ki, Türkiyənin mübarizə apardığı PKK üzvlərinin artıq dağlardan enərək şəhər və iri yaşayış sahələrində təxribatlar törətməsi bu genişmiqyaslı hücumun hansı müstəviyə keçdiyini təsəvvür etməyə imkan verir...

Bu, üzdə və bəlli olanlardır. Bəlli olmayan isə proseslərin sonrakı inkişafı, günü-gündən gərginləşən münasibətlərin nəticələridir.

Məlum məsələdir ki, türk xalqının dəstəklədiyi Ərdoğan hakimiyyəti və onun komandası öz mövqeyindən, haqq yolundan dönən deyil. Qərb isə Türkiyəni özünə tabe etdirmək cəhdlərindən və onu zəif bir oyuncaq dövlətinə çevirmə istəyindən dönməyəcək...

Tarix
2016.12.26 / 22:32
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla