Yuxarı

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk təması onun hakimiyyətə gəlməsindən sonra, 2018-ci ilin sentyabrında Düşənbədə olub və o zaman Prezident məsələni həll etməli olduqlarını bildirib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.

C.Bayramov qeyd edib ki, Nikol Paşinyanın mövqeyi isə kifayət qədər konstruktiv olub və "mən hakimiyyətə yeni gəlmişəm, münaqişənin həlli üçün lazımi addımları atacam" cavabını verib:

"Cənab Prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması barədə tapşırıq verir. Nikol Paşinyanla ölkələr arasında bir qaynar xəttin təşkilinə razılıq əldə olunur və bu xətt formalaşdırılır ki, hər hansısa gərginlik olduqda dərhal tərəflər sabitliyi təmin etmək üçün addım atırlar".

C.Bayramov əlavə edib ki, həmin görüşdən bir müddət sonra Paşinyan mövqeyini dəyişir:

"Hətta münaqişənin həlli yönündə addım atacağı təqdirdə onu öldürəcəklərini bildirir. "Siz istəyirsiniz ki, məni öldürsünlər" deyir. Cənab Prezident isə bildirir ki, biz heç kimin ölməsini istəmirik".

Nazir xatırladıb ki, sonradan 2019-cu ildə Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" ifadəsini işlədir.

"2020-ci il iyulun 10-da Ermənistanın yeni Milli Təhlükəsizlik konsepsiyası hazırlanır və Birinci Qarabağ müharibəsinin nəticələrinin möhkəmləndirilməsi həmin konsepsiyaya əlavə edilir. Daha sonra Polad Həşimovun qətlində iştirak edən hərbçilərin təltif olunması həyata keçirilir. Bunların hamısı qırmızı xəttin keçilməsi idi. Daha sonra belə bir ifadə işlədilir ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası"nın üzvləri ilə danışıqlar aparmalıdır. Bu isə həmin vaxta qədər olan bütün danışıqlar sisteminin darmadağın edilməsi idi".

Tarix
2025.11.07 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla