Yuxarı

Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələni beynəlxalq hüquq müstəvisində həll etmək əvəzinə, Azərbaycana qarşı siyasi təzyiq vasitəsinə çevirib. Moskva bu prosesdə öz seçdiyi davranış qaydalarını dəyişmək niyyətində deyil və bu mövqe beynəlxalq qanunlara açıq şəkildə ziddir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Baatrıkinin Azərbaycan Baş prokuroru Kamran Əliyevə ünvanlandığı və AZAL təyyarəsinin “əlverişsiz hava şəraitinə” görə eniş edə bilmədiyi və başlanan cinayət işinin xətm edildiyini bildirən məktubunu şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın mövqeyi ilk gündən birmənalı olub və məsələ yalnız beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır:

“Lakin Rusiya tərəfi bu yanaşmanı qəbul etmir. Biz görürük ki, Rusiya beynəlxalq qanunlara zidd, daha çox siyasi və hətta psixoloji problemlərin təsiri ilə formalaşan yanaşmaları əsas götürür. Bu məsələ artıq açıq şəkildə Rusiyanın Azərbaycana qarşı siyasi təzyiq forması kimi istifadə olunur”.

Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan bu cür davranış qaydalarını qəbul etmir və qəbul etməyəcək. Onun fikrincə, Prezident İlham Əliyevin məsələyə kəskin münasibət bildirməsi də Bakının bu təzyiqlər qarşısında geri addım atmaq niyyətində olmadığını göstərir:

“Düşənbədə keçirilən yüksək səviyyəli görüşlərə baxmayaraq, Rusiyanın mövqeyində real dəyişiklik müşahidə olunmur və siyasi proseslərin gələcək inkişafı hələ də sual altındadır.

Rusiyanın beynəlxalq arenada mövqeyi artıq bir çox istiqamətlər üzrə təzyiq altındadır və Azərbaycana qarşı sərgilənən davranış da digər geosiyasi problemlərlə bağlıdır.Gec-tez Rusiya məcbur olacaq ki, beynəlxalq hüquqa və mövcud reallıqlara əsaslanan siyasət formalaşdırsın. Hazırda proses davam edir və bu prosesin nəticələri hələ qarşıdadır”.

Tarix
2026.01.09 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla