Yuxarı

Polşa ilə siyasi məsləhətləşmələr keçirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirinin müavini Xələf Xələfov Polşanın xarici işlər nazirinin müavini Marek Julkovski ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Xarici İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, Xələf Xələfov Azərbaycan-Polşa əlaqələrindən danışıb, iki ölkə arasında siyasi münasibətlərin səviyyəsi və əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə edib. Xələf Xələfov əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi və sənaye, kənd təsərrüfatı, turizm, maşınqayırma, neft-kimya və müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı səylərin artırılmasının vacibliyini vurğulayıb.

Marek Julkovski ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, habelə Prezidentlərin Vyana və Sank-Peterburq görüşləri haqqında məlumat verən X. Xələfov status-kvonun qəbuledilməzliyini vurğuladı və münaqişənin yalnız mərhələli şəkildə, beynəlxalq tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməli olduğunu qeyd edib.

Marek Julkovski bildirib ki, Polşanın münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməli olduğuna dair mövqeyi deyişməz olaraq qalır və Polşa Ermənistan-Azərbaycan münaqişənin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.

Tarix
2016.11.24 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla