Yuxarı

Prezidentin təltif etdiyi icra başçısı kimdir? - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Zaqatala İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Mübariz Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Qax şəhər 1 saylı orta məktəbini, 1970-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1970-ci ildə Zaqatala maşın-melorasiya stansiyasında sahə mühəndisi kimi başlayıb. 1976-1979-cu illərdə Qax rayon Yol İstehsalat Dairəsində rəis vəzifəsində çalışıb. 1979-1984-cü illərdə Qax rayon Təsərrüfatlararası Tikinti İdarəsində rəis olub. 1985-1989-cu illərdə Qax rayonundakı 94 №-li Səyyar mexanikləşdirilmiş dəstənin rəisi, 1989-2007-ci illərdə Qax "Avtonəqliyyat" müəssisəsinin rəhbəri vəzifəsində çalışıb.

27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini icra edib. Hazırda Zaqatala rayonu İcra Hakimiyyətinin başçısıdır.

Ailəlidir. 3 övladı var.

Tarix
2017.01.13 / 19:37
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla