Yuxarı

Lavrovun Qarabağ açıqlamasının pərdəarxası - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi əsas məqamlardan biri o idi ki, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun atdığı addımların tam şəkildə öz əksinin tapmır.

Bu fikri Azadinform-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O vurğulayıb ki, Minsk qrupunda Rusiya, Fransa və ABŞ-ın nümayəndəsi var. Yəni BMT TŞ-nın 5 üzvündən 3-ü bu qrupda təmsil olunur: “Bu acınacaqlı haldır ki, Rusiya XİN rəhbəri 3 dövlət arasında ümumi konsensusun olmaması haqda fikir yürüdür. Yəni Fransa, Rusiya və guya ABŞ-ın ayrılıqda öz baxışı var. Bu bir az müəmmalı məsələdir”. A. Nağıyev qeyd edib ki, Rusiya SSRİ-nin varisi kimi münaqişə ocaqlarının yaranmasında necə iştirak edibsə, bu gün də Qərbin əsas tələblərindən biri budur ki, Rusiya Azərbaycan suverenliyi çərçivəsində məsələni həll etsin.

Politoloq hesab edir ki, bu tələb Rusiyaya xoş gəlmədiyi üçün belə bəyanatla çıxış edir. A. Nağıyev həmçinin qeyd edib ki, Lavrov öz çıxışında birinci Dağlıq Qarabağın statusunun müəyyən edilməsi, sonra isə Azərbaycanın suverenliyi və qoşunların işğal edilmiş ərazilərdən çıxarılması məsələsini qoyur: “Lakin bütün beynəlxalq sənədlərdə - Madrid Prinsipiləri, Kazan Protokollarında əsas məqam ondan ibarətdir ki, işğalçı qoşunlar Azərbaycanı tərk etməli, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalı, ikinci mərhələ kimi Dağlıq Qarabağın statusuna qayıdılmalıdır. Düşünürəm ki, Rusiya öz nüfuzunu artırmaq üçün münaqişənin istədiyi kimi həllinə çalışır, bununla da Qərbə qarşı müəyyən siyasi gedişlər edir”. Politoloq sonda deyib: “Eyni zamanda Donald Trampın ABŞ prezidenti kimi inaqurasiyasını gözləyirlər, ola bilsin ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə xarici siyasətdə korrektələr edəcək. Fikrimcə, Suriya və Ukrayna məsələsi Qarabağ münaqişəsinin Rusiya tərəfdən həllini ikinci plana atır. Bunun özündə də Rusiyanın dolayı şəkildə marağı var”.

Tarix
2017.01.17 / 23:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla