Yuxarı

Məmmədyarov Lavrovla görüşdü - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:42

Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü ilə Moskvaya işgüzar səfərə yola düşüb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlik səfər tarixinin Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırıldığını bildirib.

Moskvaya səfər çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Ermənistan xarici şlər naziri 19 yanvar tarixində Moskvada səfərdə olub və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.

***

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu qeyd edib.

Görüşdə həmçinin Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub və son günlərdə iki ölkə arasındakı əlaqələrdə meydana çıxan məsələlərə toxunulub. Bu kimi məsələlərin davamlı olaraq diqqətdə saxlanılması barədə razılığa gəlinib.

Tərəflər beynəlxalq gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

Tarix
2017.01.24 / 18:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla