Yuxarı

ATƏT-in baş katibi: Qarabağla bağlı təəssüf ki..."

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair irəliləyiş yoxdur.

Trend-in məlumatına görə, bunu ATƏT-in baş katibi Lamberto Zannier "TASS"a müsahibəsində deyib.

O, deyib ki: "Son bir neçə gündə yenə insidentlər olub. Biz baş verənlərdən çox narahatıq. Münhendə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri olub. Müzakirələr müsbət idi, lakin əhəmiyyətli irəliləyiş yoxdur. Biz tərəflər razılığa gəldiyi bütün mexanizmləri işə salmağa hazırıq. Amma biz qərarların qəbul edilməsində tərəfləri əvəz edə bilmərik. Təəssüf ki, irəliləyiş azdır və mənim hər iki ölkə liderlərinin görüşü ilə bağlı vaxt demək imkanım yoxdur ki, sammit olsun. Bu, istənilən halda hələlik aktual deyil".

Zannierin sözlərinə görə, eyni zamanda ağır silahların istifadəsi və mülki şəxslər arasında qurbanların olması faktı mövcuddur ki, bu vəziyyətin pisləşməsini göstərir.

Tarix
2017.02.19 / 11:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla