Yuxarı

ATƏT: "Qarabağ üçün bütün səyləri dəstəkləyəcəyik”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər münaqişələrdə irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcək.

APA-nın verdiyi məlumata görə, bu barədə Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts BMT TŞ-da çıxışında deyib.

“Avstriya Dnestryanı, Gürcüstanda və Dağlıq Qarabağdakı münaqişələrdə irəliləyişin əldə olunması istiqamətində bütün səyləri dəstəkləyəcək. Avstriya ATƏT-də sədrliyə çox çətin məqamda başlayıb. Hara baxırsan, sülh və təhlükəsizliyə qarşı ağır təhdidləri görürsən” – o, əlavə edib.

S. Kurtsun sözlərinə görə, ATƏT-ə sədrlik etdiyi dövrdə Avstriya mövcud münaqişələrdə gərginliyi azaltmağa, ATƏT üzv ölkələri arasında qarşılıqlı yardım və etimadı bərpa etməyə, radikalizm və qatı ekstremizmlə mübarizədə dövlətlərin səylərini dəstəkləmək üçün platforma yaratmaq üçün yollar axtaracaq:

“Çoxtərəfli əməkdaşlıq sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün yeganə çıxış yoludur”.

Tarix
2017.02.23 / 09:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla