Yuxarı

Putin Əliyevi təbrik etdi: “25 il ərzində...”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə təbrik edib.

Axar.az xəbər verir ki, Putinin təbrik məktubu Kremlin rəsmi saytında yerləşdirilib.

“Hörmətli İlham Heydəroviç, ölkələrimiz arasında diplomatik münasibətlərin bərpa edilməsinin 25 illiyi münasibəti ilə səmimi qəlbdən təbriklərimi qəbul edin. Keçən 25 il ərzində biz Rusiya və Azərbaycan xalqlarını ənənəvi olaraq bağlayan dövlətlərarası dostluq münasibətlərini və qarşılıqlı hörməti qoruyub saxlayaraq inkişaf etdirə bilmişik. Aramızda köklü siyasi dialoq, avtiv parlamentlərarası və regionlararası əməkdaşlıq yaranıb. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti institutları arasında kontaktlar genişlənib. Moskva və Bakı regional-qlobal gündəmdə aktual olan məsələlərin həllində səylərini koordinasiya edir, müxtəlif beynəlxalq strukturlar çərçivəsində effektiv şəkildə qarşılıqlı fəaliyyət göstərirlər. Əminəm ki, birgə səylərlə biz bundan sonra da Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı aktiv inkişaf etdirəcəyik.

Hörmətli İlham Heydəroviç sizə səmimi qəlbdən cansağlığı və uğurlar, həmvətənlərinizə isə əmin-amanlıq və firavanlıq arzulayıram”, – məktubda yazılıb.

Tarix
2017.04.04 / 12:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla