Yuxarı

İlham Əliyev o sənədi Milli Məclisə göndərdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev tərəfindən “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirə edilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsi ratifikasiya edilməsi üçün Milli Məclisə göndərilib.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib.

Deputat konvensiyanın təsdiq edilməsi üçün Azərbaycan tərəfinin xüsusi şərtlərinin olduğunu bildirib.

“Bu çox düzgün addımdır. Çünki biz bu konvensiyanı tam həcmdə qəbul edə bilmərik. Amma çox düzgün olaraq Azərbaycan Respublikası sənəddə bəyan edir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə (Dağlıq Qarabağ və ona bitişik 7 rayonda) konvensiyanın müddəalarının həyata keçirilməsinə, həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyil”.

T. Kərimli qeyd edib ki, konvensiyaya Azərbaycanın işğal olunmuş ərazilərinin sxematik xəritəsi də əlavə olunub.

“Xarici İşlər Nazirliyi bu sənədi göndərən zaman bildirirmişdim ki, 1923-1991-ci illərdə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin xəritəsi və toponomiyasını işğalçılar erməni dilində verib. Mənə elə gəlir ki, onların cavabını verməliyik. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib və adlar da dəyişib. Heç olmasa bunun indiki qarşılığı verilməlidir ki, keçmişə aid olduğu bilindiyi kimi, bu günə aid olması da bilinsin. Çünki beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan tərəfi Konstitusiyasında bu cür dəyişiklikləri edib”.

Tarix
2017.05.19 / 11:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla