Yuxarı

Rus ekspert İrəvanı Bakıya qarşı böyük savaşa çağırdı - Şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəldiyim qənaət ondan ibarətdir ki, erməni tərəfi Bakını dialoqa cəlb etməkdən ötrü hərbi yola əl atmağa hazır olmalıdır.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiyada yerləşən MDB ölkələri instititunun direktor müavini, Vladimir Yevseyev Ermənistan mətbuatına müsahibəsində deyib. Ermənipərəst mövqeyi ilə tanınan politoloq Qarabağ bölgəsində son zamanlar artan gərginliyə diqqət çəkib və Aprel hadisələrinin yenidən yaşana biləcəyini iddia edib.

Ekspert hazırkı dövrdə münaqişənin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. “Söhbət artıq kəşfiyyat-diversiya qruplarının hücumundan deyil, daha iri miqyaslı əməliyyata hazırlıqdan gedir. Azərbaycan Silahlı Qüvvələri bunun üçün erməni tərəfinə məxsus hava hücumundan müdafiə sistemlərini sıradan çıxarır”, - politoloq bildirib.

Rusiyalı politooq məhz bu səbəbdən münaişənin yeni fazasının meydana gəldiyini bildirib. “Aydın məsələdir ki, erməni tərəfi cavab verməyə məcburdur. Lakin bu gün baş verənlər keçən ilin aprel ayında həyata keçirilən hərbi əməliyyatların bərpa ediləcəyini göstərir”, - Yevseyev jurnalistlərin suallarına cavab verərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan əraziləri “dişləyə-dişləyə qoparmaq” siyasətini yürüdür. Əgər o, bu siyasətin fayda verdiyinə görsə, həmin strategiyanı davam etdirəcək.

Vladimir Yevseyev indiki situasiyada Ermənistan üçün yeganə effektiv vasitənin Azərbaycanın bu siyasətinə qarşı hərbi cavab olacağını düşünür. “Ona görə ki, Azərbaycanla danışıqlar aparmanın mənası yoxdur. Erməni tərəfi konkret şərtlər irəli sürməlidir. Öncə Xankəndinin (Qondarma DQR-in) masa arxasına üçüncü tərəf olaraq əyləşməli, iknicisi isə Azərbaycan tərəfindən insidentlərin araşdırılması mexanizmlərinin tətbiq olunmasını tələb etməlidir".

Sonda Yevseyev "əsl hədəfi" göstərib: "Hesab edirəm ki, ciddi müzakirələr üçün şərtlər hələ yetişməyib. Təəssüf ki Bakını danışıqların zəruri olduğuna inandırmaq məqsədilə hərbi əməliyyatlar keçirmək lazım gələcək. Gəldiyim qənaət ondan ibarətdir ki, erməni tərəfi Bakını dialoqa cəlb etməkdən ötrü hərbi yola əl atmağa hazır olmalıdır”.

Vladimir Yevseyevin bu fikirləri əslində təəccüblü sayılmamalıdır. Onun fəaliyyət göstəridiyi MDB ölkələri institutu (tam adı Diaspor və İnteqrasiya İnstitutu) qeyri-hökumət təşkilatı sayılsa da, Rusiya hökumətinə və onun hərbi-strateji qurumlarına olduqca yaxındır. İnstitutun əsas hədəfi Rusiyanın yaxın hüdudlarında problemlərin araşdırılması, habelə Kremlin keçmiş SSRİ ərazisindəki maraqlarının müəyyən edillməsi və elmi şəkildə dəstəklənməsindən ibarətdir.

İnstitut 1996-cı ilin aprelində təsis edilib. İnstitutunun qurucuları arasında Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, Federal Sərhəd Xidməti, Federal Miqrasiya xidməti, Moskva meriyası, Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MQİMO) və Rusiya Elmlər Akademiyasının bir sıra institutları yer alıb.

İnstitutun əsas qurucusu və hazırkı direktoru qatı ermənipərəst mövqeyi hər kəsə məlum olan, Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısında adı keçən Konstantin Zatulin, İnstitutun Elmi Şurasının sədri isə məşhur erməni politoloqu Andranik Miqranyandır.

İnstitut qeyri-hökumət təşkilatı və müstəqil qurum kimi elan olunsa da, Rusiya Dövlət Duması və hökumət tərəfindən ciddi surətdə dəstəklənir. İnstitutun məruzələri Rusiya Federal Şurası, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi kimi dövlətin ən mühüm məqamları tərəfindən xüsusi incələməyə alınır. Bundan başqa, institutu analitik rəy, proqnoz və araşdırmalarından Rusiya Elmlər Akademiyasının araşdırma institutları rəsmi şəkildə istifadə edir.

Tarix
2017.05.24 / 12:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla