Yuxarı

Ərəb dünyasından prezidentə möhtəşəm dəstək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi və böyük uğurla başa çatması Azərbaycanın əməli işlərlə öz niyyətlərini gerçəkləşdirdiyinin göstəricisidir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqini şərh edən politoloq Tofiq Abbasov deyib.

Politoloq vurğulayıb ki, ölkə başçısı 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə Azərbaycanın bütün dünyaya, o cümlədən islam birliyinə açıq olduğunu, məram, ideya və innovasiyalarının sülhün möhkəmlənməsinə, qonşu xalqlar və dünya camiyyəsi ilə birləşmək niyyətinə yönəldiyini nümayiş etdirdi:

“IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi və böyük uğurla başa çatması Azərbaycanın əməli işlərlə öz xoş niyyətlərini gerçəkləşdirdiyinin göstəricisidir. Burada çox simvolik bir məqam var. Məhz İslam Həmrəyliyi Oyunları ərəfəsində Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika Sammitinin keçirilməsi və Prezident İlham Əliyevin o tədbirə dəvət olunması bir daha sübut etdi ki, Azərbaycanın siyasi rəhbərliyi düzgün yoldadır, dünya birliyi, fövqəl-dövlətlər, o cümlədən ərəb və islam dünyası Azərbaycanın konstruktiv rolunu tanıyır və onu dəstəkləyir. Ona görə Səudiyyədə ölkə başçısı tərəfindən keçirilən görüşlər indiki dönəm baxımından xüsusi rola və önəmə malikdir. Bu görüşlər o anlama gəlir ki, Azərbaycan öz ərazisində Qarabağ problemi və erməni təcavüzü amili olmasına baxmayaraq, yenə də sülh məramını yeridir, onu inkişaf etdirərək qlobal dünyaya və bölgə dövlətlərinə pozitiv və qurucu mesajlar göndərir. Bu implusların ən əsas əhəmiyyəti ilk növbədə ondan ibarətdir ki, stabil, aydın məramı olan bir dövlət kimi Azərbaycanın mövqeyi dünya səviyyəsində dəstək tapır”.

Tarix
2017.05.24 / 13:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla