Yuxarı

Prezident Bjezinskinin xanımına məktub yazdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev ictimai-siyasi xadim Zbiqnev Bjezinskinin vəfatı ilə bağlı onun həyat yoldaşı xanım Emiliya Beneşə başsağlığı məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli xanım Beneş,

Həyat yoldaşınız – görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Zbiqnev Bjezinskinin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Zbiqnev Bjezinski uzun illərdən bəri davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. O, dərin strateji araşdırmaları, hərtərəfli siyasi təhlilləri ilə dünyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması, münaqişələrin və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr vermişdir.

Zbiqnev Bjezinski Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman böyük rəğbət bəslənilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Zbiqnev Bjezinskinin əvəzsiz xidmətləri olmuşdur.

Atam Prezident Heydər Əliyevlə aralarında mövcud olmuş səmimi dostluq münasibətlərini ailəmizdə həmişə yüksək tuturuq, ən xoş təəssüratlarla xatırlayırıq.

Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanım ilə birlikdə Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı veririk”.

Tarix
2017.05.27 / 12:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla