Yuxarı

“Milli Şuranın mitinqi iqtidara çox lazımdır”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinin “Milli Şura”nın sentyabrın 23-nə təyin etdiyi mitinqlə bağlı sorğusunu cavablandırıb.

Axar.az xəbər verir ki, BAXCP sədri demokratik cəmiyyətin ən böyük atributlarından birinin həmin ölkədə müxtəlif aksiyaların, o cümlədən kütləvi etiraz aksiyalarının keçirilməsi olduğunu qeyd edib:

“Ona görə də Milli Şuranın təyin etdiyi mitinq Azərbaycanın da, iqtidarın da maraqlarına uyğundur”.

Qüdrət Həsənquliyev bildirib ki, hazırda Azərbaycana Qərbin müxtəlif dairələri tərəfindən hücumlar təşkil olunur, ölkəmizi bəzən hətta “diktatura” olmaqda belə ittiham edirlər: “İddia olunur ki, Azərbaycanda guya insanlar öz fikirlərini sərbəst şəkildə ifadə etmək imkanına malik deyillər. Guya hakimiyyət “sonuncu azad mətbuat”ın fəaliyyətini dayandırmaq barədə düşünür və s.”

BAXCP sədrinin qənaətinə görə, Azərbaycan hökuməti çalışmalıdır ki, hansısa qüvvələr mitinqdə təxribata yol verməsinlər: “Aksiyanın təhlükəsizliyi tam təmin olunmalıdır. Şübhə etmirəm ki, bu mitinqdə ağlına və ağzına gələnləri danışan adamlar da olacaq. Bu iqtidarın yerinə olsam, onların çıxışlarını tərcümə edib bütün dünyada yayaram. Qoy görsünlər ki, “diktatura”nın olduğu ölkədə belə çıxışlar etmək mümkündür, yoxsa yox... Hesab edirəm ki, bu, iqtidara son dərəcə lazımlı olan bir mitinqdir və bu mitinqdən də narahat olmağa dəyməz. Çünki ölkədə sabitliyin pozulmasına heç bir zəmin və təhlükə görmürəm”.

Tarix
2017.09.19 / 14:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla