Yuxarı

BMT-dən ədalət gözləməyə dəyməz – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva İstanbul Türk Ocaqları və İstanbul Universitetinin birgə təşkil etdiyi “1917-ci il Sovet işğalının 100-cü ilində türk dünyasındakı müstəqillik fikri və siyasi hərəkatlar” adlı beynəlxalq simpoziumun açılışında iştirak edib.

Axar.az xəbər verir ki, millət vəkili konfransda çıxışı zamanı beynəlxalq təşkilatları sərt tənqid edib.

Q.Paşayeva bütün müsəlman şərqində ilk demokratik cümhuriyyətin Azərbaycanda qurulması, sovet işğalından sonra yaşanan dəhşətli faciələr, minlərlə azərbaycanlı aydının Stalin rejimi tərəfindən qətlə yetirilməsi, Azərbaycan torpaqlarının böyük bir hissəsinin zorla alınaraq Ermənistana verilməsindən bəhs edib.

O, eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin “bir millət-iki dövlət düşüncəsi” ilə keçdiyi yoldan da danışıb:

“İki qardaş ölkə arasında əlaqələrin daha da genişlənməsini istəməyən bir çox qüvvələr var və onlar tez-tez müxtəlif təxribatlarla bu əməkdaşlığın inkişafına zərbə vurmaq istəyirlər. Bu cür qüvvələrə imkan verilməməli, onlara qarşı sərt mübarizə aparılmalıdır. BMT başda olmaqla, ATƏT, AŞPA neçə illərdir Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə bağlı işğalçı Ermənistana heç bir təzyiq göstərmir, Türkiyənin terrorla mübarizəsinə heç bir ciddi dəstək vermirlər. Artıq onlardan ədalət gözləməyə dəyməz. Ona görə də bizə qarşı edilən haqsızlıqlara, ədalətsizliklərə qarşı daha güclü mübarizənin yolu güclü olmaqdan və bərabərlikdən keçir”.

Tarix
2017.10.23 / 11:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla