Yuxarı

Prezident Özbəkistan baş nazirinin müavini ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Özbəkistan Respublikasının Baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.

Axar.az xəbər verir ki, Baş nazirin müavini Alişer Sultanov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. O bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısı ilə keçirdikləri görüşləri daim böyük məmnunluqla xatırlayır və deyir: “İlham Əliyev xalqının böyük oğludur”.

Alişer Sultanov qeyd edib ki, Özbəkistan Prezidenti ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı imkanlardan tam istifadə edilməsini zəruri sayır. O bildirib ki, Özbəkistan Prezidenti Azərbaycana səfərini səbirsizliklə gözləyir və bu səfərin səmərəli və məhsuldar keçməsi üçün fəal hazırlıq işləri aparılır. Bu yaxınlarda istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolu barədə danışan Alişer Sultanov layihənin regionda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək, Özbəkistan Prezidenti ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəni və dil amillərinə əsaslandığını vurğulayıb. Prezident İlham Əliyev siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dövlət başçıları arasında qarşılıqlı etimadın və beynəlxalq strukturlarda qarşılıqlı dəstəyin olmasının əhəmiyyətini qeyd edib. Dövlət başçısı, eyni zamanda, ticarət dövriyyəsi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bildirib.

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Tarix
2017.11.17 / 12:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla