Yuxarı

Rusiya İrəvana hansı silahları verəcək? – Savaş hazırlığı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün hallarda vəziyyət acınacaqlıdır. Ona görə ki, Ermənistan məsələnin sülh yolu ilə həllindən uzaqlaşaraq, yenə də müharibə hazırlıqları görür. 100 milyon dollarlıq silah-sursatın da Qarabağda yerləşdiriləcəyi gözlənilir.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Ermənistan parlamentinin Rusiyadan 100 milyon dollarlıq yeni müdafiə kreditini ratifikasiya etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan tərəfi Ermənistanın hansı silah-sursatları əldə etdiyini, həmin silahların harada yerləşdirdiyini diqqətlə izləyir:

“Azərbaycan bununla bağlı dərhal cavab tədbirləri görmək niyyətində deyil. Çünki Azərbaycanın öz hərbi texniki proqramı var və həmin proqramın prioritetləri də məlumdur. Bu məsələ diqqət mərkəzində saxlanılır, hətta onların Rusiya ilə imzaladığı müqavilənin şərtləri ilə də Azərbaycan tərəfi izləyir. Amma Ermənistanın imkanları yoxdur ki, Azərbaycanla bu sahədə rəqabət aparsın. Çünki biz Rusiyadan qat-qat müasir və daha yeni texnikalar alırıq. Aldığımız silahların qiyməti də Ermənistanın Rusiyadan əldə etdiyi silah kreditinin həcmindən qat-qat çox olur. Ermənistan bundan əvvəl Rusiyadan 200 milyon dollar həcmində, indi isə 100 milyon dollarlıq kredit əldə edib. Müqayisə üçün deyim ki, Azərbaycanın Rusiyadan əldə etdiyi ümumi hərbi texnikanın, hərbi məhsulların dəyəri 5 milyard dollar həcmindədir”.

Politoloq qeyd edib ki, burada əsas diqqətçəkici məqam Ermənistan tərəfinin hər dəfə Rusiyanın onlara daha yumşaq şərtlərlə kredit verdiyini, hətta bəzən təmənnasız silah yardımı etdiyini səsləndirməsidir:

“Belə hallar baş verdikdə Azərbaycan Rusiyadan bunun səbəbləri ilə bağlı konkret açıqlamalar tələb etmək iqtidarındadır. Ona görə də bunu bilən Rusiya tərəfi bu cür açıq yardımlardan, addımlardan çəkinir və dolayı yollar axtarır. Amma əlbəttə ki, Ermənistanın belə addımları vəziyyətin mürəkkəb olduğundan xəbər verir. Bu da bizə müharibə üçün daha ciddi səylərlə hazırlaşmağımıza əsaslar verir”.

Qeyd edək ki, Ermənistan parlamenti Rusiyadan 100 milyon dollarlıq yeni müdafiə kreditini ratifikasiya edib. Kredit xətti Ermənistan tərəfindən 2018-2022-ci illərdə istifadə edilməlidir.

Tarix
2017.12.07 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla