Yuxarı

Düşmən dəyirmanına su, Bakıya daş atan Qəmbər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkiləri aprelin 11-nə təyin etməklə cəmiyyəti, MSK-nı və digər strukturları məlumatlandırır. Hansı qurumun payına hansı vəzifələr düşürsə, onların hamısını da yerinə yetirilməlidirlər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya haqda danışarkən deyib. Onun sözlərinə görə, seçkilərlə bağlı heç bir qanun pozuntusu yoxdur:

“Sözügedən petisiyanın əsas dəlilinin nədən ibarət olduğu və onların nə ilə razı olmadıqları bəlli deyil. Bu məsələ xaricdə meydana çıxırsa, deməli, burada Azərbaycana və Azərbaycanın maraqlarına qarşı sistemli mərkəzlərin dəst-xətti var. Burada söhbət beynəlxalq dairələrin, başqa ölkələrdə yaşayan insanların fikrini yayındırmaqdan gedir”.

Politoloq qeyd edib ki, xaricdə bəzi azərbaycanlılar xarici qüvvələrin fitvasına getməklə düşmən dəyirmanına su tökürlər:

“Bu petisiya heç bir təsirə malik olmayacaq. Onsuz da Azərbaycanda daxili sabitlik var. Əgər kimsə bunu pozmaq fikrindədirsə və mənfur ideyaları qarşısına məqsəd kimi qoyursa, bunun nəticəsi olmayacaq. İki aydan sonra da Azərbaycanda prezident seçkiləri uğurla baş tutacaq”.

Qeyd edək ki, xaricdə yaşayan bir qrup azərbaycanlı Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.

Petisiya AŞPA, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.

Tarix
2018.02.16 / 13:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla