Yuxarı

Qanun qəbul olundu: 100 milyonluq borc silinir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən, 373 7000 sığorta edənin və 317 min sahibkarın borcları silinir.

Axar.az xəbər verir ki, bu fikirləri parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Millət vəkili bildirib ki, bu dəyişikliklə sahibkarların iş şəraiti yaxşılaşdırılır:

“Bu, ölkə prezidentinin diqqət və qayğısının nəticəsidir. Sahibkarları gələcəkdə belə borclar yaratmamağa sövq edəcək. Bu qanun əmək pensiyalarının vaxtında maliyyələşməsinə şərait yaradacaq”.

H.Rəcəbli bildirib ki, qanuna edilən dəyişikliyə əsasən, 2006-cı ilə qədər olan sığorta borcları silinir. Bu, təxminən 100 milyon manat təşkil edir. 2006-2015-ci ilin yanvarın 1-nə qədər olan borca görə cərimələrin silinməsi isə təxminən 55 milyon manat təşkil edir. 2015-ci ilin yanvarın birindən 2018-ci ilin aprelin 1-dək olan borcların məbləği 26.7 milyon manatdır.

Deputat Əli Məsimli isə belə bir qanun layihəsinin hazırlanmasına görə, prezidentə təşəkkür edib. Deputat deyib ki, belə bir qanun layihəsi dollar kreditləri ilə bağlı da verilə bilər: “Buna da ciddi ehtiyac var. Bizə şikayət edən insanların 90 faizindən çoxu dollarla krediti olan vətəndaşlarımızdır”.

Tarix
2018.03.06 / 13:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla