Yuxarı

ATƏT missiyasına bu şəxs rəhbərlik edəcək - Seçkilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbərinin adı açıqlanıb.

Qurumdan Axar.az-a verilən məlumata görə, missiyaya xanım Koriyen Conker (Corien Jonker, Hollandiya) başçılıq edəcək.

Məlumatda qeyd olunub ki, ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyasının başlanılması ilə bağlı martın 9-da Bakıda mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, ATƏT DTİHB-nin qiymətləndirmə missiyası bu ilin fevral ayında Azərbaycanda səfərdə olub. Qurum Büroya aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidəçi missiya göndərməyi tövsiyə edib.

Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər (qısamüddətli müşahidəçilər), eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.

Tarix
2018.03.06 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla