Yuxarı

Kreml baş nazir axtarır, Paşinyan isə geri çəkildi… - Gəlişmə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvandakı son hadisələrlə bağlı Prezident Armen Sərkisyan bir sıra ictimai xadimlərlə görüşlər keçirib.

Axar.az xəbər verir ki, görüşlərdə Ermənistan parlamentinin eks-deputatları də iştirak ediblər. Görüşülən “eks”lərin bir qismi eks-prezident Robert Köçəryanın tərəfdarlarıdır. Onlar Sərkisyandan etirazçılara qarşı güc tətbiq etməməyi və növbədənkənar seçki keçirilməsini istəyiblər.

Siyasi böhranın davam etdiyi dövrdə Qagik Çarukyan da xeyli aktivləşib. Yeni baş nazir vəzifəsinin müəyyənləşdirilməsində mühüm rol oynayan şəxslərdən sayılan Çarukyan artıq bir sıra siyasi qruplarla görüşlərə başlayıb. Çarukyan həmçinin Ermənistan Xarici İşlər naziri vəzifəsini icra edən Edvard Nalbəndyan və Baş nazirin müavininin səlahiyyətlərinin müvəqqətti icraçısı Armen Gevorkyandan sonra Moskvaya yollanıb.

“Jamanak” qəzeti Çarukyanın bu səfərinin onun 1 may baş nazir seçkisində sərgiləyəcəyi mövqeyə təsir edəcəyi bildirilib. Belə ki, məhz Çarukyan bir müddət əvvəl rusiyalı milyarder Samvel Karapetyanın təklifindən imtina edib.

Hakimiyyətin Moskva ilə sıx əməkdaşlığından sonra Paşinyan da ehtiyatlı davranmağa başlayıb. İrəvanda mitinqləri iki günlük dayandıran Paşinyan Gümrü və Vanadzor şəhərlərində aksiyaları təşkil edəcəyini açıqlayıb. Paşinyan bununla hökumətin onu tələyə çəkmək və nüfuzunu zədələməyinə mane olmağa çalışır.

Paşinyan həmçinin hökuməti yenidən danışıqlara çağırıb. Dünənki mitinqdə çıxış edən Paşinyan Karen Karapetyanı bu gün 12:00-da yenidən “Mariot” oteldə danışıqlara dəvət edib. O, danışıqların jurnalistlərin qarşısında aparılması gərəkdiyini deyib. Paşinyan, həmçinin, Respublika Partiyası ilə heç bir gizli razılaşmaya getməyəcəyini də qeyd edib. Onun ən maraqlı açıqlaması isə “Ya baş naziri xalq seçəcək, ya da Ermənistanın heç bir baş naziri olmayacaq” sözləridir.

Daşnaksütyun Partiyasının niyə Respublika Partiyası ilə koalisiyadan çıxdığı da bəlli olub. “Jamanak” qəzeti əslində koalisiya razılaşmasını daşnakların yox, respublikaçıların pozduğunu yazıb. Belə ki, partiya daxilində parçalanmanın yaranması, daşnak deputatların respublikaçılara tam dəstək vermək istəməməsi hakim partiyanın sərt qərarına səbəb olub.

Tarix
2018.04.27 / 10:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla