Yuxarı

Ermənilər 80 günə müharibənin taleyini həll etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı, Şuşa və Laçının təxminən 80 gün içində reallaşdırılan işğalı müharibənin ilk mərhələsinin taleyini hərbi cəhətdən demək olar ki, həll etmişdi.

Axar.az xəbər verir ki, bu sözləri “Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi”nin (QAFSAM) sədri Araz Aslanlı qeyd edib. Politoloqun sözlərinə görə, hərbi gedişatı əsasən həmin 80 gün müəyyən etdi:

“Müharibənin taleyini müəyyənləşdirən, münaqişənin indiki vəziyyətə gəlməsinə və bu halda qalmasına səbəb olan amillər çoxdur. Təbii ki, hər qarış torpağımız eyni dərəcədə dəyərlidir. İşğal olunan bütün torpaqlarımız üçün eyni üzüntünü yaşayırıq və işğaldan azad olunması üçün əlimizdən gələni etməliyik. Amma aeroportun yerləşdiyi Xocalını, yüksək strateji mövqeyə malik olan Şuşanı, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında körpü rolunu oynayan Laçını işğal etməklə Ermənistan hərbi cəhətdən ciddi mövqe üstünlüyü əldə etdi. Bu üstünlük də sonrakı bütün mərhələlərdə Azərbaycana mane oldu ki, müharibədə tam dönüş yaratsın”.

Xatırladaq ki, Laçın şəhəri 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

***

Günün aktual xəbərlərinin qısa icmalı:

Tarix
2018.05.18 / 14:13
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla