Yuxarı

Kaliforniya qubernatorundan ADR-lə bağlı - Bəyannamə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun ADR-in 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.

Bu barədə Axar.az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bəyannamədə bildirilir:

“Kaliforniya ştatı adından müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika olan və ilk dəfə qadınlara səsvermə hüququ verən Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Azərbyacanı təbrik etməkdən şərəf duyuram.”

E.Braun sənəddə Azərbaycanın qədim tarixə malik tolerantlıq ənənələrini, ölkəmizdə müsəlman, xristiyan və yəhudilər arasında dinlərarası harmoniyanı və onların sülh şəraitində birgəyaşayışını yüksək qiymətləndirdiyini vurğulayır. Qubernator on minlərlə azərbaycanlının bu gün Kaliforniyada yaşayaraq, bu ştatın inkişafına və multikulturalizminə öz töhfələrini verdiyini diqqətə çatdırır.

O, həmçinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra öz azadlığını və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edir.

Sonda qubernator Azərbaycan xalqını bir daha bu tarixi gün münasibətilə təbrik edərək, Azərbaycana bundan sonra da uğurlar arzu edir.

Qeyd edək ki, 39 milyon əhalisi olan Kaliforniya ştatı əhali və iqtisadi gücünə görə ABŞ-ın ən böyük ştatıdır. 2.7 trilyon dollarlıq ÜDM-ə malik bu ştat ötən ay Böyük Britaniyanı qabaqlayaraq dünyanın ən güclü 5-ci iqtisadiyyatı olub. 1 milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən sıx yaşadığı məkanlardandır.

Tarix
2018.05.22 / 12:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla